30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

Finalın nominal meydan sahibi məlum olub

Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasınan (PFL) istinadən verdiyi məlumata görə, mərasimdə PFL-in, "Zirə" və "Sabah" klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, "Zirə" mətbuat katibi Elmar Abdullazadə, "Sabah" isə klubun əməkdaşı İlahə Vəlizadə ilə təmsil olunub.

Püşkatmaya əsasən "Sabah" nominal meydan sahibi olub.

Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda adıçəkilən qurumun Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev, icraçı direktor Zaur Hacı-Məhərrəmov da iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 13 may tarixində "Palms Sports Arena"da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31