Ölkə futbolu
Firuz Abdulla: “İnam vacib amildir, amma məqsədə çatmaq üçün təkcə bu, yetərli deyil”
"Səbail" klubunun icraçı direktoru Firuz Abdulla Sport24.az-a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- "Difai"ni böyük hesabla məğlub etdiniz. Hesabın bu cür olacağını gözləyirdiniz?
- Vacib olan qələbədir. Əgər vurulan və ya buraxılan topların fərqi mərhələ adlamaq, yaxud turnir cədvəlində mövqeni yaxşılaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb etmirsə, 3 xalı gətirən istənilən hesab məqbuldur. Əlbəttə, böyükhesablı qələbə daha çox emosiya bəxş edir. Ən azı, ona görə ki, bir deyil, bir neçə qola sevinirsən. Belə hesabı gözləməyə gəlincə, o cür bərbad or örtüyündə gözləntilərdən daha yüksək nəticə olduğunu səmimi etiraf etməliyəm. Çətin şərtlər altında qələbə qazanan futbolçularımıza hər şeydən öncə fədakarlıqlarına görə təşəkkür edirəm.
- Əsas rəqibləriniz uduzdu, ikinci pilləyə yüksəldiniz. Mövsümün sonuna kimi ən azı bu nəticəni qoruyub saxlayacağınıza inanırsınız?
- İnanmamaq üçün əsas görmürəm. Marafonun sonuna çox az qalıb. Etiraf etməliyik ki, geridə qalan tur bizim üçün bir çox meyarlar baxımından uğurlu oldu. Həm inamlı qələbə qazandıq, həm də turnir cədvəlində bizdən daha yuxarı pillədə yer alan rəqiblərimiz məğlub oldu. İnam vacib amildir, amma məqsədə çatmaq üçün təkcə bu, yetərli deyil. Maksimum konsentrasiya və hər oyuna "son qarşılaşma" prinsipi ilə yanaşmaq lazımdır. Yalnız bu halda nəticə əldə etmək mümkündür.
- Mövsümü ikinci yerdə bitirəcəyiniz halda elitanın 11-ci komandası ilə pley-off oyanayacaqsınız. İndiki "Səbail" bu səddi keçmək iqtidarındadır?
- Futbolda qalib gələ bilməyəcəyin və məğlub olmaq ehtimalını sıfıra bərabər tutacağın rəqib olmur. İstənilən komanda ilə oyunda ən az ehtimal olunan nəticə əldə etmək olar - həm mənfi, həm də müsbət mənada. Amma hazırkı vəziyyətdə, iştirakçısı olacağımız tam yəqinləşməmiş bir oyundakı məchul rəqibimizi məğlub edib-etməyəcəyimizlə bağlı sualın cavabında dəqiq proqnoz verəcək qədər fövqəladə istedad sahibi deyiləm.
- Atalar "Şər deməsən, xeyir gəlməz" deyiblər. Elitaya vəsiqə qazana bilməsəniz, Adil Şükürovla yolları ayıracaqsınız, yoxsa...
- Adil Şükürovun fəaliyyəti bizi tam olaraq qane edir, hər hansı başqa variant barədə düşünməyi belə, düşünmürük.
- "Bayıl Arena" cari mövsüm başa çatdıqdan sonra – may ayında əsaslı təmirə bağlanacaq. Ev oyunlarınızı harda keçirməyi düşünürsünüz?
- "Bayıl Arena"dan istifadə ilə bağlı mövsümün sonuna qədər AFFA və "Səbail" arasında müqavilə var. Müqavilə başa çatdıqdan sonra yenidən bu məsələni müzakirə edəcəyik. Klubumuz10 ildir ki, bu stadionda məşq və oyunlarını keçirir, ümidvaram ki, gələcəkdə də bununla bağlı hər hansı çətinliklə üzləşməyəcəyik. Təmir işlərinin operativ şəkildə yekunlaşacağına və növbəti mövsümün startına qədər stadionun istifadəyə hazır olacağına ümid edirəm.
- Mətbuatda kluba yeni sponsorun gələcəyi haqda məlumatlar dolaşır. Bu, nə dərəcədə doğru məlumatdır?
- Kluba sponsorun cəlb olunması ilə bağlı müxtəlif istiqamətlərdə çalışırıq. Təəssüf ki, bu günə qədər konkret nəticə əldə olunmayıb. Təbii ki, sponsorla anlaşacağımız təqdirdə ictimaiyyətə məlumat veriləcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
16:39
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:03
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
30.10.2026
29.10.2026
28.10.2026
























