Ölkə futbolu
Bədavi Hüseynov – gənclər üçün əsl nümunə!
Dünən “Qarabağ” 2026-cı ildə ölkə çempionatındakı ilk oyununda “Kəpəz”ə uduzdu. Əslində, 0:2 hesablı məğlubiyyət barədə danışılası çox şey yoxdur. Ağdam klubu 90 dəqiqə boyunca rəqib qapısı qarşısında bir real qol epizodu belə yarada bilmədi. Belədə məğlubiyyət qaçılmaz idi. “Kəpəz”in dünənki qəhrəmanlığı bir yana, 90 dəqiqə boyunca mənim ən çox diqqətimi çəkən Bədavi Hüseynovun oyunu oldu. “Qarabağ”ın müdafiəçisi döyüşkənliyi ilə bir daha həm kapitan sarğısını daşımağa layiq olduğunu sübuta yetirdi, həm də göstərdi ki, futbolda yaş heç də həlledici rol oynamır. 35 yaşı olmasına baxmayaraq, Bədavi dünən meydanda 30 yaşlı Abbas Hüseynovdan da, 27 yaşlı Dani Boltdan da, 25 yaşlı Toral Bayramovdan da, 26 yaşlı Aleksey Kaşukdan da daha çox vuruşdu, daha çox can qoydu. Hələ mən daha gənc olan Addaini, Nərimanı demirəm. Heç şübhəsiz, dünən “Qarabağ”ın ən yaxşısı məhz Bədavi idi. Təbii ki, kimsə razılaşmaya, uduzan komandanın mərkəz müdafiəçisinin ən yaxşı olmasını qəbul etməyə bilər. Fikirlər müxtəlifdir. Amma mənim üçün Bədavi Hüseynovun dünənki çalışqanlığı gənclərə əsl nümunə idi.
Bədavi uzun illərdir “Qarabağ”da çıxış edir. Komanda ilə ölkə daxilində mümkün olan bütün titulları qazanıb. Özü də dəfələrlə. Çempionlar Liqasının, Avropa Liqasının, Konfrans Liqasının qrupunda oynayıb, pley-off görüb. Onun “Braqa” ilə matçın 120-ci dəqiqəsində Nəriman Axundzadəyə verdiyi ötürmə hələ də yaddaşlardan silinməyib. Bədavinin yerində başqası olsaydı, bəlkə də çoxdan futboldan doymuşdu. “Qarabağ”da ildə 1-2 oyuna çıxar, pulunu qazanardı. Ya da karyerasını başa vurub Ağdam klubunun aşağı yaş qruplarında məşqçiliyə başlayardı. Lakin Hüseynovun əzmi, xarakteri bu gün də meydana çıxmağa imkan verir. Dünənki mübarizliyi ilə isə o, hələ də meydana çıxmağa layiq olduğunu sübuta yetirdi.
Bu yaxınlarda “Futbolxeber”ə müsahibəsi zamanı Bədavi Hüseynov karyerasını mövsümün sonunda başa vurmaq barədə düşünmədiyini bildirdi. Təcrübəli müdafiəçi qeyd etdi ki, yayda baş məşqçi Qurban Qurbanovla bu barədə söhbəti olacaq. Hüseynovun sözlərində inam var idi. O, həm komandaya hələ də fayda verəcək gücdə olduğuna, həm də Qurban Qurbanovun ona ən azı daha bir il şans verəcəyinə inanır. Məncə, dünənki matç bir daha sübut etdi ki, Hüseynovun sözlərində həqiqət var. Onun oyunu ilə özünəinamı üst-üstə düşür. Bir sözlə, təkcə elə dünənki əzmkarlığı, döyüşkənliyi, mübarizliyi təcrübəli müdafiəçinin ən azı daha bir il oynamalı olduğunu təsdiqlədi...
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
09:20
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxır
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
29.10.2026
28.10.2026
























