11 Sentyabr 2026, Cümə
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da
“Zirə”də mərakeşli müdafiəçi
Dadaşov Ukrayna klubunda

Ölkə futbolu

Emrah Çelikel mükafata layiq görülüb

“Sportsman" jurnalının “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

“Qarabağ”ın baş direktoru Emrah Çelikel də mükafatlandırılıb. Ona Azərbaycan futbolunun inkişafındakı xidmətlərə görə “Zəfər” mükafatı təqdim edilib.

2004-cü ildən "Qarabağ"da çalışan Çelikel bu müddətdə 11 dəfə Azərbaycan çempionu (2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25), 7 dəfə ölkə kubokunun (2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24) qazanılmasında pay sahibi olub. Bu illər ərzində Ağdam təmsilçisi ardıcıl 12 dəfə avrokubokların, o cümlədən iki dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib, bir dəfə Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30