13 Avqust 2026, Cümə axşamı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

“Komandamızda yüksəliş hiss olunur”

"Karvan-Yevlax" Azərbaycan Premyer Liqasının 16-cı turunda doğma meydanda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, bölgə təmsilçisinin məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gərgin oyun olacağını bilirdik. "Neftçi"ni yaxşı təhlil etmişdik. Meydana qələbə üçün çıxmışdıq. Rəqibi təbrik edirəm. Futbolçularım çox əzmkar idilər, qələbə qazanmaq istəyirdilər. Kiçik səhvlər 3 xal qazanmağımıza mane oldu. Amma bu, futboldur. Komandamızda yüksəliş hiss olunur. Oyundan-oyuna daha yaxşı olacağıq. Daha güclü "Karvan-Yevlax" olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq.

- Komandanın üstünlüyü əldən verməsinin səbəbi nədir?

- Müdafiədə buraxdığımız səhvlərdir. Rəqibin təzyiqi artıqda səhvlər də artır. Biz bunları görürük. Səhvlərin sayı getdikcə azalır. İşləməklə bunun öhdəsindən gəlmək olar.

- Rəqib baş məşqçi futbolçularınızın vaxt uzatdığını bildirdi. Buna münasibətiniz necədir?

- Məncə, vaxt uzatmaq yox idi. Bəzi futbolçularımız zədə ilə oynayırdı. Hansısa futbolçu bilərəkdən vaxt aparmırdı. Toqquşmalardan yaranan zədələr idi.

- Qışda nələri dəyişmək istəyirsiniz?

- Bəzi mövqelər var ki, gücləndirməliyik. Bunun üzərində çalışırıq. Rəhbərliklə danışırıq. Qışda mütləq güclənməliyik.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31