28 Aprel 2026, Çərşənbə axşamı
Millimiz Monteneqroya yollanıb
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

Elmar Baxşıyev: “Komandamı tanıya bilmirəm”

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz"ə məğlub olaraq (0:1) mübarizəni dayandırmaqları haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasının zəif oyun göstərdiyini etiraf edib:

"Oyuna komanda olaraq pis qoşulduq. Kubok və çempionat fərqli yarışdır. Burada gərək əlindən gələnin yüz faizini edəsən ki, məqsədinə çatasan. Açığı, son 5-6 oyunda komandamı tanıya bilmirəm. Meydanda görmək istədiyim komanda yoxdur. Təbii ki, problem özümüzdədir. Bu durumdan çıxmaq üçün daha artığını etməliyik.

Hər bir məğlubiyyət təzyiq yaradır. Önəmli olan məğlubiyyət yox, komandanın meydanda göstərdiyi oyundur. Çox zəif çıxış etdik. Səbəbini araşdırmalı, daha yaxşı etmək məcburiyyətindəyik".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30