20 Sentyabr 2026, Bazar günü
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

“Neftçi”nin yarımmüdafiəçisi: “Əlimizdən gələni edəcəyik ki, “Qarabağ”a qalib gələk”

“Hər oyuna olduğu kimi, bu matça da ciddi hazırlaşmışdıq. İlk hissədə qol vurmağı bacardıq. Bu da işimizi bir qədər asanlaşdırdı. Fasilədən sonra da qolların ardı gəldi”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Kəpəz”i 5:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, Vensan Abubakar kimi səviyyəli futbolçunun gəlişinin hücum xəttində canlanma yaratdığını bildirib: “Bu matçda da onun şahidi olduq. Abubakar ardıcıl 3 oyundur qol vurur. Onun inamlı çıxışı Sambunu da, Ağadadaşı da motivasiya edir. Onlar da daha ciddi hazırlaşırlar”.

Camalov qeyd edib ki, “Neftçi” ardıcıl 3 qələbə sayəsində “qara zolaq”dan çıxıb: “Əvvəl heç-heçələrimiz çox olurdu. Bizə ardıcıl qələbələr lazım idi ki, “qara zolaq”dan çıxaq. Kubok oyununu da nəzərə alsaq, ardıcıl üç qarşılaşmadır qələbə qazanırıq. Bu da növbəti matçlar üçün təkan olacaq”.

30 yaşlı futbolçu növbəti turda qarşılaşacaqları “Qarabağ”la oyundan da söz açıb: “Azarkeşlər gözəl oyuna şahidlik edəcəklər. “Qarabağ” elə komandadır ki, iki heyəti var. Hamısı da keyfiyyətli futbolçulardan ibarətdir. Ona görə də “Çelsi” ilə oyunun bizim matça hər hansı təsiri olacağını düşünmürəm. Əlimizdən gələni edəcəyik ki, “Qarabağ”a qalib gələk. Əminəm ki, azarkeşlərimiz bu matçda da bizə yaxşı dəstək olacaqlar. Həm də, bizim kimi fanatların da arasında rəqabət var. Bir sözlə, stadionda möhtəşəm atmosfer olacağını ehtimal edirəm”

Fərəc Aslanov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30