5 Mart 2026, Cümə axşamı
Qurban Qurbanovdan qələbə şərhi
“Penaltini yerinə yetirə bilsəydik...”
"Qarabağ" yarımfinala yüksəldi
"Zirə" ilk yarımfinalçı oldu

Ölkə futbolu

“Kəpəz”dən şəhidlərin xatirəsinə ehtiram

18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Kəpəz” Peşəkar Futbol Klubunun üzvləri Gəncə Memorial Kompleksini ziyarət ediblər.

Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı erməni terrorunun qurbanı olan həmvətənlərimizin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Daha sonra klub üzvlərinə kompleksin tarixi və müxtəlif dövrlərdə dinc sakinlərə qarşı törədilmiş terror hadisələri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 18 oktyabr Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Sovetində “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilərək ölkəmizin müstəqilliyi bərpa olunub. Daha sonra dövlət atributlarımız – bayraq, himn və gerb təsdiqlənib.

2021-ci ildə Milli Məclisin qərarı ilə bu tarixi günün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31