10 Sentyabr 2026, Cümə axşamı
Dadaşov Ukrayna klubunda
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”

Ölkə futbolu

Xorxe Silva: “Qarabağ”a qarşı yalnız 1 hissə yaxşı oynadıq”

“Bizim üçün çox çətin oyun alındı. Təəssüf ki, “Qarabağ”a qarşı yalnız bir hissə yaxşı oynadıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un müdafiəçisi Xorxe Silva Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.  

Portuqaliyalı müdafiəçi Ağdam klubunun gücünü qabardıb: “Matça yaxşı başladıq. Fasilə ərəfəsində hesabda önə də keçdik. Təəssüf ki, ikinci hissədə bunun ardını gətirə bilmədik. Fasilədən sonra müdafiədən oynadıq. Bu, heç də yaxşı hal deyil. Lakin “Qarabağ”ın gücünü də nəzərə almaq lazımdır. Bu komandaya qarşı 90 dəqiqə eyni tempdə oynamaq çox çətindir”.

O, növbəti oyunlarda daha yaxşı çıxış edəcəklərini vurğulayıb: “Təkcə “Qarabağ” deyil, digər favoritlərə qarşı da oynamaq asan deyil. Azərbaycan çempionatında rəqabət güclüdür. Demək olar ki, hər matç çətin keçir. Bununla belə, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik. Buna inanıram”.

TAĞI

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30