10 Sentyabr 2026, Cümə axşamı
Dadaşov Ukrayna klubunda
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”

Ölkə futbolu

Kamilo Duran: “Hədəfimiz Bilbaoda 3 xal qazanmaqdır”

“Birinci hissədəni çox pis keçirdik. Bu səbəbdən də fasiləyə məğlub durumda yollandıq. Rəqibin də haqqını vermək lazımdır. “Turan Tovuz” həqiqətən də yaxşı komandadır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu Kamilo Duran Azərbaycan Premyer Liqasının 8-ci turunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Kolumbiyalı futbolçu çox mühüm qələbə qazandıqlarını bildirib: “İkinci hissədə oyunu dəyişmək istəyirdik. Meydana bunun üçün çıxdıq. Tablodakı rəqəmləri dəyişmək bizim üçün çox mühüm idi. Şadam ki, bunu bacardıq. Yekunda çox vacib 3 xal qazandıq”.

“Turan Tovuz”a qarşı birinci hissədə mərkəz, ikinci hissədə isə cinah hücumçusu kimi oynadınız. Sizin üçün hansı daha rahatdır?” sualını Duran belə cavablandırıb: “Məşqçi hansı mövqedə oynatsa, əlimdən gələni edəcəm ki, komandaya daha çox xeyir verim. Mənim üçün heç bir fərqi yoxdur. Hər iki mövqedə özümü rahat hiss edirəm. Dediyim kimi, önəmli olan komandama faydalı olmaqdır”.

O, Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda Bilbao səfərinə qələbə üçün yollanacaqlarını söyləyib: “Aydın məsələdir ki, rəqibimiz “Atletik”dir. Bu, ÇL oyunudur və əlavə şərhə ehtiyac yoxdur. Bizi səfərdə çox çətin matç gözləyir. Bunu bilirik. Amma ora məqsədimizə çatmaq üçün yollanacağıq. Hədəfimiz 3 xal qazanmaqdır”.

TAĞI

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30