8 Mart 2026, Bazar günü
Millimiz Macarıstana məğlub oldu
"Sumqayıt" qələbəni əldən verdi
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər

Ölkə futbolu

"Şamaxı" səfərdə 400-cü qola sevindi

"Şamaxı" klubu Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, yubiley qolunun müəllifi Edqar Adilxanov olub.

O, Azərbaycan Premyer Liqasının III turunun "Sumqayıt"la görüşündə (1:1) fərqlənib. Əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adları altında da çıxış edən klubun 400-cü qolu 348-ci səfərə təsadüf edib.

"Şamaxı" bu göstəricidə 3-cü komandadır. Yalnız "Qarabağ"la "Neftçi" rəqib meydanlarında daha çox fərqlənib.

Qeyd edək ki, klub tarixində ilk səfər qolunun müəllifi 1999-cu il noyabrın 28-də "ANS-Pivani"nin qapısına (1:4) yol tapan Rövşən Süleymanov olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31