5 Avqust 2026, Çərşənbə
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu

Ölkə futbolu

Azərbaycan futbolunda son 18 mövsümdə ilk

Azərbaycan Premyer Liqasında son 18 mövsümdə ilk dəfə meydan sahibləri eyni turun 5 matçında uduzub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə PFL-in mətbuat xidməti açıqlama yayıb.

Son belə hal çempionatın PFL bayrağı altında keçirilməyə başlamasından da əvvəl - 2007/2008 mövsümündə yaşanıb.

Cari mövsümün II turunda baş tutan altı oyundan beşində qonaqlar qələbə qazanıblar. “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” “Şamaxı”ya, “Zirə” “Qəbələ”yə eyni - 2:1, “Karvan-Yevlax” “Kəpəz”ə 3:2, “Sumqayıt” “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. Yalnız “İmişli”nin qonağı olan “Neftçi” səfərdə xal itirib.

2007-ci il dekabrın 1-2-də keçirilən XIII turun 7 oyununda qonaqlar 5 qələbə əldə ediblər. Həmin vaxt “Neftçi” “ABN-Bərdə”ni, “Bakı” “Turan”ı eyni - 2:0, “Standard” “Gənclərbirliyi”ni 5:1, “Masallı” “Karvan”ı, “Olimpik” “Qarabağ”ı eyni - 1:0 hesabı ilə məğlub edib. “Qəbələ” - “İnter” və “Xəzər Lənkəran” - “Simurq” görüşlərində isə meydan sahibləri üç xala seviniblər - hər ikisi 2:1.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31