Ölkə futbolu
Klublarımız üçün Avropa: bir pley-off qədər uzaq
"Qarabağ” yenə meydanda tək qaldı. “Zirə”nin ardınca “Sabah” və “Araz-Naxçıvan”ın da Avropa macərası qısa çəkdi. Naxçıvan klubu hələ ilk oyundan sonra Konfrans Liqası ilə sağollaşacağının “anonsunu vermişdi”. Ona görə də “Qarabağ”ın Avropada tək qalmaması üçün bütün ümid “Sabah”a idi. Gəl ki, paytaxt təmsilçisi növbəti dəfə sübut etdi ki, ona güvənmək, inanmaq, ümid etmək səhvdir.
Mövsüm ərzində 25-30 milyon pul xərcləyən, deyilənə görə prezidenti ayda 30 min (!!!), icraçı direktoru isə 15 min (!!!) maaş alan klub Konfrans Liqasında pley-offa belə yüksələ bilmədi. “Sabah”ın gücü yalnız özündən qat-qat zəif Moldova klubunu üstələməyə çatdı. Belə çıxır ki, o boyda pul "Petrokub"u keçmək üçün xərclənmişdi? Təbii ki, yox. Bu zaman ortaya sual çıxır? Bəs “Sabah”ın problemi nədədir? Əlbəttə ki, idarəçilikdə. Bu haqda daha əvvəllər də yazmışıq. Əgər bir kluba illərlə on milyonlar xərclənirsə, əcnəbi baş məşqçilərin biri digərini əvəzləyirsə, hər il komanda 10-15 legioner transfer edirsə və bütün bunların qarşılığında nəticə yoxdursa, deməli, problem idarəçilikdədir. Heyif "Sabah"ın sponsorlarının pullarından. Bir Moldova klubunu keçmək üçün ildə 30 milyon xərcləməyə dəyməz, vallah dəyməz. Yarandığı gündən bu günə qədər kluba 100 milyondan çox pul xərclənib. Lakin o məbləğin qarşılığında “Sabah” qrup mərhələsi bir yana, avrokuboklarda heç pley-off üzü də görməyib. Bu, sadəcə fiaskodur.
“Sabah”ın bacarmadığını bacaran, yəni UEFA Konfrans Liqasında oynayacaq klubların bəzilərinə diqqət yetirək: “Differdanj” (Lüksemburq), “Neman” (Belarus), “Dinamo Tirana” (Albaniya), “Linfild”, “Şemrok Rovers” (hər ikisi İrlandiya), “Virtus” (San Marino), “Breydablik” (İslandiya), “Drita” (Kosova), “Hamrun” (Malta). Bəzilərinə hətta adamın peşəkar klub deməyə belə dili gəlmir. Gəl ki, artıq Konfrans Liqasının pley-offundadırlar. Nəinki yuxarıdakı 9 klub, hətta Avroliqada pley-offa yüksəlməklə avtomatik olaraq Konfrans Liqasının Liqa mərhələsini təmin edən “Linkoln” (Cəbəllütariq), “Kups” (Finlandiya) və “Zrinski”ni (Bosniya və Hersoqovina) də bir yerə yığsaq, 12 klubun büdcəsinin cəmi “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”a ötən il xərclənən puldan daha az gələr. Gör necə vəziyyətdir ki, Cəbəllütariq klubu Konfrans Liqasının qrupunda, San Marino və Malta təmsilçiləri isə pley-offda oynayacaq. Azərbaycanın isə 3 klubundan birinin də pley-offa yüksəlməyə cürəti çatmadı. Gəl ki, 3 gündən sonra “İmişli”ni, “Karvan”ı udub şirə dönəcəklər...
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
25.10.2026
24.10.2026
23.10.2026
























