Ölkə futbolu
Samir Abasov: “Bu heyətlə ən yaxşısını etməyə çalışacağıq”
"Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlər üçün brifinq keçirib. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis müsahibə zamanı “ağ-qaralar”ın yeni mövsümə hazırlığını dəyərləndirib, komandanın hədəflərindən danışıb:
- "Neftçi"də son vəziyyət necədir?
- Vəziyyətimiz yaxşıdır, Polşada yaxşı məşqlər etmişik. Hazırlığımız yüksək səviyyədə keçib. Düzdür, yoxlama oyunları başqa, çempionatın təzyiqi başqadır. Bunu anlayırıq. Düşünürəm ki, çempionata yaxşı başlayacağıq.
- Klubun baş icraçı direktoru Cenk Sümer bildirdi ki, çempionluğa namizədlərdən biri də "Neftçi"dir. Sizcə, komanda buna hazırdır?
- "Neftçi"nin adına görə oynayacağıq. Bu həvəslə oynasaq, mövsümün sonunda istədiyimiz hədəfə çatacağıq.
- Yeni oyunçular "Neftçi"də istəniləni verə biləcək?
- Digər komandalarla müqayisə aparanda görərik ki, problem yaşaya biləcək vəziyyətdə olan bizik. Söhbət iddialılardan gedir. Həddindən artıq dəyişikliklər etdik. Demək olar ki, bütün komandanı dəyişdik. Bu da əlbəttə ki, təsirsiz ötüşməyəcək. Ümid edirik ki, hər şey yaxşı olacaq. Kimsə uyğunlaşma dövrünü tez keçə bilər, kimdəsə yubana bilər. Bu baxımdan risk zonasındayıq. Gətirdiyimiz futbolçular keyfiyyətli və səviyyəlidirlər. İnanıram ki, gücümüzə güc qatacaqlar.
- Üç komanda ev oyunlarını Şamaxıda süni örtüklü meydançada keçirəcək. Bu məqam sizi nə dərəcədə narahat edir?
- Bəli, çox narahat edir. İkinci turda biz Şamaxıya gedəcəyik. Süni örtüklü meydançalar ideal vəziyyətdə deyil. Hətta deyərdim ki, bərbad vəziyyətdədir. Həmişə belə meydançalarda oynayanda 2-3 futbolçu sıradan çıxır. Əlbəttə ki, qorxuruq. Amma edə biləcək bir şeyimiz yoxdur. Oynamağa məcburuq.
- Daha bir mərkəz müdafiəçisi transfer etməyi planlaşdırırsınız?
- Transfer işlərimiz hələ də davam edir. Tək müdafiənin mərkəzinə yox, digər mövqelərə də baxırıq. Bizdə struktur elə qurulub ki, transferlə bağlı daim iş gedir. Axtarışdayıq, danışırıq. Görək nə olur.
- Ramil Şeydayevdən bu mövsüm nə gözləyirsiniz? Onun komandadan gedişi gündəmdədir?
- Bu gün kiminsə gedişi bizim üçün gündəmdə deyil. Hamısı bizimlə məşq edir. Təlim-məşq toplanışından təzə gəlmişik. Əminəm ki, futbolçuların hamısının durumu yaxşıdır.
- 2020/2021 mövsümündə çempion etdiyiniz komanda ilə indiki heyəti müqayisə edəndə, sizcə, hansı daha güclüdür?
- Çətin sualdır. Bu heyətlə ən yaxşısını etməyə çalışacağıq.
- Növbəti mövsümdə qapıda kimə şans verəcəksiniz?
- Qapı xəttində yaxşı rəqabət yarada bilmişik. Emil Balayev təcrübəli oyunçudur, millinin üzvü olub. Həmçinin Rza Cəfərov bu gün millinin qapıçısıdır. Yeni transfer etdiyimiz Kenan Piriç də yaxşı qolkiperdir. Kimin mütəmadi heyətdə olacağını çempionat göstərəcək.
- Hansı mövqedə rəqabətsizlikdən əziyyət çəkirsiniz?
- Belə bir mövqe yoxdur. Amma elə mövqelər də var ki, oranı yaxşı doldurmalıyıq.
- Hücumçu mövqeyi ola bilər?
- 2-3 mövqe var. Hansı mövqe olduğunu desəm, agentlər telefonda oyunçular məsləhət görəcəklər.
- İmad Farajın durumu necədir?
- Onu transfer edəndə hansı vəziyyətdə olduğunu bilirdik. Yüngül zədəsi var idi. Bizə Polşada qoşuldu. Artıq indi tam məşq edə biləcək formadadır. Qarşıdakı oyunlarda onu meydanda görəcəyik.
- Bu mövsüm "Neftçi"nin kapitanı kim olacaq?
- İlk oyunda görəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
25.10.2026
24.10.2026
23.10.2026
























