9 Sentyabr 2026, Çərşənbə
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

“Zirə” Türkiyə toplanışını böyük hesablı qələbə ilə başa vurdu

"Zirə" bu gün Türkiyədə növbəti yoxlama matçını keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qardaş ölkə təmsilçisi "Pendik"lə qarşılaşıb.

Görüş "Zirə"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Brahim Konate, Davit Volkov və Junior Martins (dubl) imza atıblar. 

Bununla da təmsilçimiz Türkiyədə keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb. Rəşad Sadıqovun komandası daha əvvəl “Ankara Keçiörengücü” (2:1), "Çorum" (2:0) və İordaniya təmsilçisi “Əl-Hüseyn”dən (1:0) üstün olub.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30