26 Iyul 2026, Bazar günü
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Urfan Abbasov "Kəpəz"ə keçdi
Ceyhun Nuriyev “Araz-Naxçıvan”da
"Qarabağ" ÇSKA ilə heç-heçə etdi

Ölkə futbolu

“Neftçi” Cordan Rezabalanın da transferini reallaşdırdı

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

Futbolxeber.az saytının məlumatına görə, flaqman ekvadorlu Cordan Rezabalanı transfer edib. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət "Neftçi"nin baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

Qeyd edək ki, "Neftçi" bunadək Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”) və Freddi Varqası (Makkabi”dən (İsrail, Netanya) icarəyə götürülüb) heyətinə qatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31