14 May 2026, Cümə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Valdas Dambrauskasdan qələbə şərhi
Sadıqov: “Futbolçularımla fəxr edirəm”
"Sabah" kuboku da qazandı

Ölkə futbolu

Dieqo Kampos "Qarabağ”a keçir?

Kosta-Rika milli komandasının futbolçusu Dieqo Kampos (Diego Campos) karyerasını Azərbaycanda davam etdirə bilər.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Kosta-Rikanın “La Nacion” nəşri yazıb.
 
Yerli mənbələr Azərbaycan çempionu “Qarabağ”ın 29 yaşlı futbolçuya maraq göstərdini və heyətinə qatmaq istədiyini yazıb.
 
Məlumata görə, artıq “Qarabağ” Dieqo Kamposa görə onun müqavilə ilə məxsus olduğu Kosta-Rika yüksək liqa təmsilçisi “LD Alaxuelense” klubuna təklif də irəli sürüb. Hazırda tərəflərin danışıqlar apardığı da iddia olunub.
 
Qeyd edək ki, Dieqo Kampos sol vinger mövqeyində çıxış edir. Hazırda “Qarabağ”da bu mövqedə Abdullah Zubir və Emmanuel Addai oynayır.
 
Dieqo Kampos milli komandasında 3 oyun keçirib və 1 qol vurub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31