Ölkə futbolu
Dünən “zero” təkcə pivə deyildi
AFFA səfər oyunlarına əməkdaşlıq etdiyi, özünə yaxın bildiyi media nümayəndələrini apardığı üçün son zamanlar milli komandamızın oyunlarını canlı izləmək qismət olmurdu. Dünən Macarıstana qarşı matç bu baxımdan yerinə düşdü. Həm də bu, milli komandamızın heç də xoş perspektiv vəd etməyən DÇ-2026-nın seçmə mərhələsi öncəsi son sınağı idi. Odur ki, fursəti qaçırmaq olmazdı...
STADİON, YOXSA PAB?
Arenaya daxil olanda ilk diqqətimizi çəkən milli komandamızın sponsoru olan “Xırdalan 0.0”, yaxud loru dildə desək, “Xırdalan Zero”nun çətirləri oldu. Məlum oldu ki, arenada spirtsiz pivə pulsuzdur. İstənilən şəxs yaxınlaşıb plastik bakallarda “Xırdalan 0.0”ın dadına baxa bilər. Hətta bu cür plastik bakallar media tribunasına da “yol tapmışdı”. Spirtli, yaxud spirtsiz pivəyə qarşı deyilik. Yeri gələndə özümüz də dadına baxırıq, lakin spirtli və ya spirtsiz pivənin media sektora ayaq açması heç də xoş mənzərə deyil. Bəli, Avropanın bir çox stadionunda jurnalistlər spirtli pivə də qəbul edirlər. Lakin qidalanmaq üçün ayrılmış ərazidə, media sektorda deyil...
HƏMİŞƏKİ MİLLİ
Gördüklərimizə əsasən deyə bilərik ki, milli komandamızda hər hansı dəyişiklik yoxdur. Yenə də həmin aciz komandadır. Düzdür, dünən sonda fərqlənmək mümkün olsaydı, millimiz meydandan heç-heçə ilə ayrıla bilərdi. Lakin guya hesab 1:2 yox, 2:2 olsaydı, böyük ölçüdə nə dəyişəcəkdi ki? Fakt budur ki, macarlar meydanda istədiklərini edirdilər. Bəzən rəqib futbolçuların möhtəşəm hərəkətlərini görərkən düşünürdük ki, bu, hələ Macarıstandır. Gör Fransa nə hoqqa verəcək... Macarıstan 90 dəqiqə ərzində qapımıza 25 zərbə endirirsə, Fransa ilə matçda Tanrı köməyimiz olsun...
UTANMASAN OYNAMAĞA NƏ VAR Kİ...
“Futbolda bəxt də lazımdır. Son iki oyunda futbolçulardan razı qaldım. İnkişaf etdilər”. Bunu isə macarlarla oyundan sonra milli komandamızın baş məşqçisi Fernandu Santuş deyib. Portuqaliyalı yenə öz ampluasındadır. Hansı bəxtdən danışırsınız, cənab Santuş? Hamı gördü ki, Renat Dadaşov topu Macarıstanın qapısından keçirməmişdən öncə əllə oynamışdı və oyunda VAR sistemi olsaydı, millimizin qolu ləğv olunacaqdı. Ümumiyyətlə, hansı inkişafdan söhbət gedir? İki oyuna inkişaf olur? Dünya reytinqində bizdən də geridə olan (139-cu yerdə) Latviya ilə heç-heçəni, macarlara minimal hesablı məğlubiyyəti inkişaf hesab etmək üçün yüngül formada desək, ən yaxşı halda sadəlövh olmalısan...
HARDASAN, AY DE BYAZİ, HARDASAN, AY ARİF ƏSƏDOV?
Əslində, günah sizdə deyil, mister Santuş. Düz edib bizi barmağınıza dolayır, nağıl danışırsınız... Günah sizə milyonlar yedizdirən AFFA rəhbərliyindədir. Ardıcıl 5 oyunda qələbə qazanan De Byazini bəyənməyənlər, Arif Əsədova ağız büzənlərə bu da azdır. Portuqaliyalının rəhbərliyi altında Azərbaycan millisinin qələbəsiz oyunlar seriyası artıq 10-a çatıb. Nəzərə alsaq ki, qarşıdakı seçmə mərhələdə millimizin rəqibləri Fransa, Ukrayna və İslandiyadır, belədə nəinki qələbə, heç heç-heçəyə belə ümid yoxdur. Odur ki, tezliklə 10-u 20 əvəzləsə, təəccüblənmərik. Pessimist deyilik, sadəcə millinin göstərdiyi futbol (əgər meydandakı oyuna futbol demək mümkündüsə) belə düşünməyə əsas verir.
Bu gün milli komandamızın sonuncu qələbəsindən düz 1 il ötür. Azərbaycan yığması sonuncu dəfə 2024-cü ilin 11 iyununda Qazaxıstan üzərində 3:2 hesablı qələbə qazanıb. Arif Əsədovun rəhbərliyi altında. Əsədovu məşqçi kimi bəyənməyib əvəzinə Santuşa milyonlar sərf edənlərin son bir ildə AFFA-dakı işi elə milli komandamızın qələbə sayına bərabərdir - “zero”!
PALTARDƏYİŞMƏ OTAĞINDAN DA “KƏNARDA QALAN” SƏRXAN HACIYEV
Dünən bir də diqqətimi çəkən AFFA-nın, millinin heyətinin “genişlənməsi” oldu. Əvvəl assosiasiyada 1-2 nəfərin gördüyü işi indi 7-8 nəfər görür. Necə deyərlər, “nəzarətə nəzarət”. Qəribəsi odur ki, kimin hansı işi gördüyü də bilinmir. Necə deyərlər, çoxluq heç də həmişə faydalı olmur. Hərə boynuna bir bəcik taxıb, əlinə alıb telefon, düşüb ortaya... Oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev milli komandamızın paltardəyişmə otağına yollandı. Nədənsə icraçı vitse-prezident Sərxan Hacıyev yanında deyildi. Belə görünür ki, bir neçə gün əvvəl ölkə kubokunun finalından sonra mükafatlandırma mərasimini stadionun kənarından izləyən Sərxan bəyin artıq paltardəyişmə otağına da girişinə qadağa qoyulub...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
-
22:59
VI turun hakim təyinatları açıqlandı
-
20:05
"Şahdağ-Qusar" 3 xalı 4 qolla qazandı VİDEO
-
19:31
DÇ: Azərbaycan millisinin rəqibləri bilindi
-
18:44
“Şahdağ Qusar” zirvədə
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
19.09.2026
18.09.2026
17.09.2026
























