Ölkə futbolu
AFFA fil qulağında yatır...
Azərbaycan Premyer Liqasında yeni – 2025/26 mövsümünün başlayacağı tarix məlumdur. Premyer Liqamızda yeni mövsüm avqustun 15-də start götürəcək. Çempionatının 12 komanda ilə keçiriləcəyi, 3 dövrədən ibarət olacağı, legioner limitinin isə ləğv edildiyi məlumdur. Lakin eyni sözləri I Liqa barədə deyə bilməyəcəyik. Aşağı liqa ilə bağlı bildiyimiz yeganə məsələ komanda sayı və iştirakçıların adlarıdır.
Son zamanlar mətbuatda I Liqada legioner limitinin artırılacağı barədə xəbərlər yayılıb. Kimi yeni mövsümdən I Liqada 8+3 (8 legioner + 3 yerli), kimi də 7+4 formatının tətbiq ediləcəyini yazır. AFFA-dan isə bildirilib ki, bu məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə ediləcək. İclasın nə vaxt keçiriləcəyi isə bilinmir. Bir sözlə, AFFA fil qulağında yatır. Assosiasiyanın bu “yuxu sevdası”nın əziyyətini isə I Liqa klubları çəkir. İyun ayının üçdə biri artıq geridə qalıb. Lakin komandalar hələ yeni mövsümdə hansı limit formatının tətbiq olunacağından xəbərsizdirlər. Belədə ortaya suallar çıxır: I Liqa klubları indiki halda heyətlərini necə formalaşdırsınlar? Hansı formata əsasən?
Əslində, sualların sayını artırmaq olar. Lakin cavab yoxdur. AFFA qərar qəbul etməkdə yubanır və assosiasiyanın səhlənkarlığının əziyyətini I Liqa klubları çəkir. Təbii ki, klublar limitlə bağlı çoxdan məlumatlandırılmalı, heyətlərini də həmin formata uyğun qurmağa başlamalı idilər.
Əslində AFFA-nın bu cür məsələlərə qeyri-ciddi yanaşması ilk dəfə deyil. Xatırlayırsınızsa, ötən ilin yayında İcraiyyə Komitəsi qərar qəbul etdi ki, 2025/26 mövsümündə Premyer Liqada legioner limiti 8+3 olacaq. Klublar da heyətlərini məhz bu limitə uyğun qurdular. Yəni əksər kollektivlər xidmətində maraqlı olduğu yerli futbolçuları 1 ildən sonra itirməmək üçün minimum 2 illik müqavilə imzaladılar. Lakin sonradan İcraiyyə Komitəsi öz qərarını yenidən dəyişdi və məlum oldu ki, 2025/26 mövsümündə legioner limiti olmayacaq. Bununla da İcraiyyə Komitəsi klublara zərbə vurdu. Məsələn, X klub hansısa yerli futbolçu ilə 2 illik müqavilə imzalayıb ki, 2025/26 mövsümündə də start heyətində minimum 3 yerli futbolçu olmalıdır. İndi isə məlum olur ki, istəsən, meydana lap 11 legionerlə də çıxa bilərsən. Bu halda X klub həmin yerli futbolçunu nə üçün heyətində saxlamalıdır? Üstəlik, legioner limiti tətbiq olunarkən 100 minə oynayan azərbaycanlı futbolçunun qiyməti limitin ləğvindən sonra minimum yarıbayarı aşağı düşəcək. Bu halda klub nə etməlidir? Ya məcburən müqaviləsi olduğu üçün yerli futbolçunu heyətində saxlamalı, ya da müəyyən məbləğ ödəyib onunla müqaviləni pozmalıdır.
Göründüyü kimi, AFFA İcraiyyə Komitəsinin demək olar ki, planlaşdırılmamış hər qərarı klubların ziyanına işləyir. Bütün bunlar isə İcraiyyə Komitəsində futboldan kənar şəxslərin çoxluq təşkil etməsindən irəli gəlir. Bir sözlə, vay futbolumuzun halına...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























