22 Yanvar 2026, Cümə axşamı
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları
"Araz-Naxçıvan"da yeni məşqçi
Millimizin üzvü "Səbail"lə anlaşdı

Ölkə futbolu

AFFA Müşfiq Hüseynovu 2, Yassin Benzianı 5 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib.

Futbolxeber.az saytının məlumatına görə, İntizam Komitəsinin bugünkü iclasında tərəflər arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda yaşananlara hüquqi qiymət verilib.

"Qarabağ" klubuna dörd nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə kəsilib. Ağdam təmsilçisinin məşqçisi Müşfiq Hüseynov 120-ci dəqiqədə meydana daxil olaraq hakimin qərarına etiraz edib. Birbaşa qırmızı vərəqə alan mütəxəssis iki oyunluq cəza alıb. Kluba 1500 manat cərimə tətbiq olunub.

Komandanın futbolçusu Yassin Benzia referini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə görüb. O, ardınca ədalət təmsilçilərinə fiziki təzyiq göstərməyə cəhd edib və bu səbəbdən 5 matçlıq cəza ilə üzləşib. "Qarabağ" oyunçunun davranışına görə 3000 manat ödəməli olacaq. "Köhlən atlar" azarkeşlərin pirotexniki vasitədən istifadəsi ucbatından 1500 manat ziyana düşüb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31