23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Ölkə futbolu

“Araz-Naxçıvan”da baş məşqçi ilə yeni müqavilə

Futzal üzrə Yüksək Liqanın 19-cu dəfə qalibi olan “Araz-Naxçıvan” baş məşqçi Yevgeni Kukseviçlə müqavilənin müddətini uzadıb.

Futbolxeber.az saytının məlumatına görə, rusiyalı mütəxəssis daha 1 il Azərbaycan çempionunu çalışdıracaq.

Hazırkı heyətlə bağlı da müəyyən qərarlar verilib. Klubdan verilən məlumata görə, legionerlərdən Giovanny Valerio ilə yeni anlaşma əldə olunub. Braziliyalı futzalçı da yeni mövsümü “qırmızı-ağlar”ın heyətində keçirəcək. Onunla müqavilə 1 illik imzalanıb. Yerli futzalçılarla bağlı qərar isə iyunun 5-də keçiriləcək Azərbaycan kubokunun final matçından sonra veriləcək. Oyun saat 14:00-da “Olimpik Star”da baş tutacaq.

Qeyd edək ki, dünən qızıl medal və çempionluq kuboku ilə təltif olunan “Araz-Naxçıvan” 2025-2026-cı illər mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31