Ölkə futbolu
Hafiz Məmmədov: “Mən məgər bilmirəm ki, kamera önündə insan özün necə aparmalıdır?”
“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun müsahibəsi.
- Milinko Pantiçin “Bakı”nın əsas komandasına cəlb etdiyi 5 gənc futbolçu “Lans”a gedəcək?
- Bəli. Beş nəfər gedirsə bu, uzun müddətlik olacaq. Bizim aşağı yaş qruplu komandalarımız səfərlər təşkil edir, amma bu beş nəfər konkret olaraq orada qalacaqlar. Elə ola bilər 3 il, elə də ola bilər 5 il orada qalsınlar. Alyaska vaxtilə rusların olsa da, indi orda rusca danışan adam tapmaq olmaz. Mən də əminəm ki, Lansda azərbaycanca danışacaqlar. Hətta “Lans”la “Bakı”nın təlim məşq bazasına yuxarıdan baxanda, oxşarlığı da var.
- Hazırda “Bakı” Premyer Liqada lider komandadan cəmi 7 xal geri qalır. Komandanı gücləndirmək fikriniz var?
- “Bakı” qış fasiləsində təlim-məşq toplanışı keçmək üçün İspaniyaya gedəcək. Yəqin ki, ora gedən komanda yüz faiz güclənib gələcək. Ancaq qışda komandanı gücləndirmək də çətindir. Çünki transfer bazarının qızğın vaxtı deyil və futbolçuların çoxunun klublarıyla müqavilələri var. Pantiç də istəyir ki komanda güclənsin. Çünki bu komandanı o qurmayıb. Buna baxmayaraq, komandanın onurğasın yarada bilib. Bizim komandanın həmişə belə bir problemi olur. Bir də görürsən, bir mövqeyə beş futbolçu var, amma başqa bir mövqe zəifdir. Mən Migeldən də xahiş etmişəm ki, “Atletiko”nun “B” komandasından bizə futbolçu yollasın. Onların təcrübəsi böyükdür, bizə köməkləri dəyə bilər.
- Pantiç sizə transfer siyahısı təqdim edib?
- Transfer siyahısı verməyib, amma kimi necə görür, bunu bildirib.
- Baş məşqçi hansısa yerli futbolçuların komandaya alınmasını istəyir?
- Əlbəttə, var. Bu gün Pantiç yerli futbolçularımızdan -Əfrandan, Kamrandan, Raufdan çox razıdır. Yazılmışdı ki, güya bu futbolçuların “Lans”a getməsinə mən icazə verməmişəm, amma belə olmayıb. Onları Pantiç buraxmadı. Pantiç bildirdi ki, bura gəlib ki komandanı yaxşı oynasın və bu işdə ona belə yerli futbolçular lazımdır. Dedi, bunları hara yollayım, getsələr bəs mən necə edəcəm?!
- Klublardan ilk olaraq siz idarə heyətini yaratmağa başlamışdız, amma hələ də bu iş yekunlaşmayıb...
- Bu iş yekunlaşıb, sadəcə təsdiqini tapmayıb. Hər şey danışılıb və gözəl struktur qurulub. Elə bir struktur qurmuşuq ki, bir-birlərindən asılılığı yoxdur. Hətta tədbirlərin təşkilatçısı da iki nəfər olacaq, yerli və xarici. Yəni hər şey düşünülüb, formalaşıb, sadəcə təsdiqini tapmayıb. Bir şeyi də deyim ki, təsdiq üçün yalnız idman direktorunun təyinatı qalıb. Biz bu işin öhdəsindən gələcək peşəkar birini axtarırıq, amma bunu tapmaq çətindir. Bunu Avropadan gətirəcəyik, amma bir az çətin işdir. “Şaxtyor”un prezidenti Rinat Axmetov slovakiyalı hakim Lüboş Miheli komandasına gətirmişdi. Bizə də belə bacarıqlı, Avropada təcrübəsi olan işçi lazımdır. Lüboş Mihel həm də əlaqə demək idi. Yaxşı idman direktoru tapmaq çətin işdir.
- AFFA İcraiyə Komitəsinin iclasında qərara alınıb ki, klublara uşaq futboluyla bağlı həm maliyyə yardımı ediləcək, həm də bu işlə məşğul olan məşqçi verəcək. Sizcə bununla klubların işinə qarışılmır?
- AFFA qeyri hökumət təşkilatı olsa da, belə deyil. Kütləviliyə, siyasi baxışlara görə nəhəng bir təşkilatdır. Buna görə mütləq təsir etməlidir. İclasda çox gözəl qərarlar verildi. Bu yardım o klublara ediləcək ki, onlar nəzərdə tutulan işlərə əməl etsinlər. “Bakı” klubu isə bunun hamısını edib. Hətta buna görə zarafatla bildirdim ki, biz onsuz da bütün işləri görmüşük, pulumuzu indidən hesabımıza köçürün. Bir də “Qəbələ” klubu bu işləri görür. O klubun rəhbərliyi gördüyü bütün işlərdə uğur qazanıb. “Qəbələ”nin prezidenti Taleh Heydərov Avropada bir çox tanınmış şəxslərə Azərbaycanı sevdirə bilib, işin necə aparılmasını göstərib. Onlar həm biznesdə, həm də siyasətdə təmiz iş görürlər. Mən bunları hələ 3 il bundan qabaq demişəm. Əsas odur ki, məqsədləri çox ciddi işlər görməkdir. Toni Adamsı da buna görə gətirmişdilər. Klublar bir-birlərinə baxıb paxıllıq etmək əvəzinə, rəqabət aparmalıdırlar.
- Bəs Berti Foqtsun millidə qalmasına necə baxırsız?
- Foqts özü dedi ki, millinin topladığı 9 xal onu qane etmir. Bəzi futbolçular isə deyib ki, 9 xal olsun, bəsdir. Foqts artıq Azərbaycan futbolunu tanıyıb. Klublara da səviyyəli əcnəbi məşqçilər dəvət almalıdır. Bu gün Foqts Pantiçə deyir ki, Rauf Əliyevin oyunundan xoşu gəlib və ona görə “Bakı”nın oyununa gəlir, bizim baş məşqçi ilə görüşür. Mən indi Musatafa Dənizlinin də “Xəzər Lənkəran”a gəlməsini alqışlayıram. Futbolumuzda belə adlı-sanlı və səviyyəli məşqçilərin çoxluğu ümumi işin xeyrinədir.
- Olmazmı ki, Foqts və Dənizli kimi qoca məşqçilərin əvəzinə uğur qazanmağa ehtiyacı olan bacarıqlı gənc məşqçilər işə cəlb olunsun?
- Bəzi ağsaqallar da çox həvəslə işləyə bilir. İşini sevən adam yaşa baxmır. Mənim rəhmətlik atam həkim olub. Təqaüdə çıxandan sonra da gecə gəlib, onu əməliyyyata aparırdılar. Cavan vaxtı heç də peşəkar olmaq olmur. Nə qədər çox çalışsan, iş görsən, o qədər də peşəkar olacaqsan.
- Son günlərdə sizi mətbuat yaman tənqid edir. Bunu necə qarşılayırsız?
- Hər kəsin öz fikri var. Biz həmişə təmiz tənqidi qəbul etmişik. Amma bəzi beydullayevlər bizə qarşı anti kampaniya aparır, anti-cəbhə yaradıblar. Mən həmişə övladlarıma demişəm, ən yaxşı ölkədə yaşayırıq. Bu ölkənin bayrağı Faransada - Lansda dalğalananda mən bundan qürur duyuram. Bunları gedib orda görmək lazımdır. Avropa çempionatının bəzi oyunları Lansda keçiriləcək və Azərbaycanın bayrağı da orda dalğalanacaq. Fransa isə Azərbaycana dost ölkədir və bu dostluq daha da güclənməlidir. Fransada, İspaniyada gördüyümüz işlərə görə heç kim mənə təşəkkür etmir, hamı Azərbaycana çox sağol deyir. “Lans” və “Atletiko”da bütün azarkeşlər deyir ki “Land of Fire Azerbaijan” onlara düşüb. Qardaş, onlar Aşot Terpetsyan demirlər ki, Azərbaycan deyirlər də... Buna paxıllıq etmək lazımdır, yoxsa sevinmək? Latın Amerikasının demək olar hamısı ispan dillidir, indi “Atletiko”ya görə onlar Azərbaycanı tanıyır, pis etmişik? Hərənin bir fikri ola bilər. Mən Heydər Əliyevçiyəm. Hamının fikrinə hörmətlə yanaşıram, amma əqidəsi düzdürsə. Mən belə əqidəsiz insanların tənqidinə fikir vermirəm, çünki tənqid deyil. Onlar xalqın düşmənidir. Ölkə adına bu qədər iş görəsən, amma buna şər-böhtan atalar, olmaz axı. Mən bir çox jurnalistlərin tənqidi fikirlərini oxuyuram, hörmətlə yanaşıram, düz olanını da qəbul edirəm. Bizim Avropa və dünyada işimizə qiymət verən xarici təşkilatlar var. Onlar da hamsı təsdiqləyir ki, bizim “Lans”a, “Atletiko”ya xərclədiyimiz pullarda çirkli nəsə yoxdur, öz pulumuzu xərcləyirik. Buna heç kimin ixtiyarı çatmır ki, bizə nəsə desin. Mənim yerimə kim olsa, onları məhkəyə verərdi, amma baş qoşmuram. Yazırlar 20 cangüdənlə gəzirəm (gülür). Mənim cangüdənlərim yoxdur, yanımda olan insanlar ən yaxın dostlarımdır. Bir qədər ağır tərpənən, hərəkət edən insanam. Buna görə həmişə yanımda olurlar, mənə kömək edirlər. Demişəm ki, gəlsinlər filan şəhərlərə, görsünlər orda neçə nəfərlə gəzirəm. Mən fransızları da bura dəvət etmişdim ki, gəlib inkişafı öz gözləriylə görsünlər. “Eurovizion” öncəsi Fransa mətbuatında yazmışdılar ki, Bakıya getməyin, adamları öldürürlər. Mənim dostum olan fransız iş adamı isə Bakıdan onlara zəng vurmuşdu ki, səhər saat beşdir, “Bulvarda”yam. Heç kim də məni öldürmür, çox əsəbləşmişdi. Bunu ona görə etdi ki, gəlib buradakı vəziyyəti özü görmüşdü, o da Fransada olsaydı, yazılanları oxuyub elə düşünəcəkdi. Falkao kimi futbolçu Bakıdan gedəndə bildirdi ki, yoldaşını götürüb bura istirahətə gələcək.
Bir şey deyim, Azərbaycan xalqı bircə günə Qarabağı geri qaytarar. Bu xalqın qeyrətli, vətənpərvər övladları saysızdı. Heç kim istəməz ki, ana və bacılar gözü yaşlı qalsın, ata və qardaşlar şəhid olsun. Kimsə bunların olmasını istəməz, amma böyük oyunlar var, çox böyük. Bəzi böyük dövlətlər buna imkan vermir. İndi bu ölkələrlə yaxın münasibət qurmaq lazımdır. Bunlar da bir günə, bir aya, bir ilə həll olunacaq işlər deyil. İndi o beydulla gəlsin görüm, onların dədə-babası biz gördüyümüz işlərin hansını görüb? Gəlsinlər, desinlər, dədə-babaları, özləri, hansısa azərbaycanlıya yaxşılıq edib? Tam səmimi deyirəm, məsləhət görürəm sizlər də bunların yazdığına fikir verməyəsiz. İnternet başqa şeydir də, Fransada oxucu yazılan milyon yaxşı məqama yox, bir neqativ hala diqqət yetirir. Mən heç kimə ev, mülkiyyət göstərmirəm. Əl yumaq üçün yer istəyir, onlara yolu göstərirəm, amma məni arxadan gizli kamerayla çəkirlər. Kim nə qazanırsa, bunu daxildə də, xaricdə də yoxlayırlar. İndi biz xaricdə çox rahat şəkildə fəaliyyət göstəririrk. Çünki çirkli işlə məşğul deyilik. Bu şirkət nə etdiyini çox yaxşı bilir. Əgər onların futboldan çəkmək fikirləri olsaydı, həmin an yanımda olan “Atletiko”nun rəsmisi Emilyonu da çəkərdilər ki, İspaniya klubunun nümayəndəsi də buradadır. Emilyo “Atletiko” rəsmisidir və İspaniyada bir nömrəli marketinq adamıdır. Məni elə göstərirlər ki, elə bil “Kurtlar Vadisi” çəkilir. Sonda isə deyir ki, bu adam atasının yox, ölkəsinin adını reklam edir. Ermənipərəst fransız bunu deyir, amma bəzi bizimkilər heç bunu da demirlər. Bilirdim ki, o çəkiliş belə olacaq və bilə-bilə buna razı oldum, amma gizli çəkilişləri nəzərə almamışdım. Zaman, vaxt hamı üçün önəmlidir, ən çox saata baxırsan. Mən fransalı jurnalistə pis nəsə yox, saat hədiyyə etdim. Bununla bir növ xalqımın qonaqpərvərliyin göstərmək istədim, amma başqa yerə yozdular. Mən məgər bilmirəm ki, kamera önündə insan özün necə aparmalıdır, içkini necə içməlidir? Mənə dedilər ki, hələ çəkiliş yoxdur, sadəcə söhbət edirlər, amma gizlincə çəkiblər hamısını. Orda əsas çəkilişdən heç nə vermirlər. Mən o çəkilişdə onlara çox yaxşı başa salmışdım ki, Azərbaycan necə ölkədir, erməni necədir. Yenə deyirəm, tənqidi qəbul edirəm, amma təhqiri yox.
- İcraiyyə Komitəsinin son iclası barədə ümumi olaraq nələr düşünürsüz?
- Biz orada Şahin Diniyevi də, Qurban Qurbanovu da, millidə işləyə biləcək digər məşqçiləri də müzakirə etdik. AFFA uşaq futbolu barədə çox yaxşı qərarlar qəbul etdi. Bir daha şahidi oldum ki, AFFA Azərbaycan futboluna can yandırır.
stadium.az
< br/>
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
- Adıgözəlov ofsaytda qaldı: Qasımov Moskvada Berezutski ilə razılıq əldə edib - EKSKLÜZİV
- FIFA prezidenti COP29-da iştirak üçün Bakıya gəldi – Elxan Məmmədovun müşayiəti ilə
- Kölgədən qorxanlar
- İsgəndər Cavadovdan Balaşiki Qasımova cavab: “Biz heç vaxt futbola rəhbərlik etməmişik”
- “Zirə”nin debütantı: “Araz-Naxçıvan” mənim üçün prinsipial rəqibdir”
- Riad Rəfiyev “Barselona”nın prezidenti ilə görüşdü
- Veteranlar İttifaqının sədrindən Balakişi Qasımova cavab: “Şərait yaradılmalıdır”
- Fernandu Santuşun yalanları...
- “Neftçi” bu gün meydana Zəfər Günü ilə əlaqədar xüsusi hazırlanmış formada çıxacaq
- Fatih Terim “Qarabağ”ın bazasında
- Mərdəkanda “çöl-biyaban”dı, Masazırda “güllük-çiçəklik”?
- Millət vəkili: “De Byazi Santuşdan daha yaxşı məşqçi idi”
- Ponomaryov Berezutskinin təyinatı barədə: “Bunun xeyri yoxdur, boş vaxt itkisi...”
- Bəhlul Mustafazadə: “Bacarmadıq, deyə biləcəyim çox şey yoxdur”
-
19:29
Elmar Baxşıyevdən qələbə şərhi
-
19:15
"Səbail" 1/4 finalda VİDEO
-
19:10
“Səbail” və “Araz-Naxçıvan” 1/4 finalda, Tovuzda qarşılıqlı qollar (YENİLƏNİR)
-
18:52
“Turan Tovuz”un futbolçusunun ayağı qırıldı
-
18:23
Yüksək Liqada yeni mövsüm start götürdü
-
17:46
Premyer Liqamızda noyabrın ən gözəl 5 qolu VİDEO
-
17:07
İtaliyada mövsümün ən yaxşı məşqçisi müəyyənləşdi
-
16:38
Azərbaycanı Daşkənddəki beynəlxalq yarışda 11 gimnast təmsil edəcək
-
16:11
"Sərhədçi" onunla vidalaşdı
-
15:54
"Karvan"ın baş məşqçisindən etiraz: "Bizi əzdilər, komandamızın belini qırdılar
-
15:22
AMADA Azərbaycanı Londonda keçirilən "workshop"da təmsil edib FOTOLENT
-
15:00
Bakı klubu latviyalı hücumçu ilə yollarını ayırıb
-
14:35
Bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyi keçiriləcək
-
14:19
Azərbaycan Triatlon Federasiyası testlər təşkil edib
-
13:43
AFFA 4 klubu cərimələdi
-
13:27
Azərbaycan çempionatında qalmaqal: Hakimlər və Sxadadze hədələnib
-
13:06
Azərbaycan Basketbol Liqasının oyunları iki telekanalda yayımlanacaq
-
12:44
“Sərhədçi” serbiyalı ilə gücləndi
-
12:31
Millimizin baş məşqçisi: "Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdılar"
-
11:55
UEFA "Qarabağ"ı böyük məbləğdə cərimələdi
-
11:28
"Beşiktaş" yenə xal itirdi VİDEO
-
11:12
“Zirə”nin müdafiəçisi: “Osihmenə qarşı oynamaq mənim üçün çətin olmadı”
-
11:00
"Fənərbaxça" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:49
“Qarabağ”ın rəqibindən səfər qələbəsi
-
10:36
"Atalanta" "Roma"ya qalib gəldi VİDEO
-
10:24
Vüsal ehtiyatda qaldı
-
10:02
Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub
-
09:47
Rahil Məmmədovun komandası səfərdə xalsız qaldı
-
19:22
ETOPAZ-da inanılmaz uduşlu kupon!
-
18:51
Önder Karaveli "Qarabağ"ı ziyarət edib
-
18:17
"Neftçi" heyətini amerikalı ilə gücləndirib
-
17:39
"Neftçi" üçün seminar
-
17:00
PFL “Ayın qolu” müsabiqəsi ilə bağlı dəyişiklik etdi
-
16:45
Redon Cica “Qarabağ”dan ayrılır?
-
16:14
Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək
-
15:38
AFFA “Göygöl”ün futbolçusunu 3 oyunluq cəzalandırıb
-
15:22
Millimiz Kiprə də məğlub oldu
-
14:53
Kapitan: “Deməzdim ki, “Turan Tovuz” enişdədir”
-
14:01
Azərbaycanın futzal klublarına yeni toplar hədiyyə edilib
-
13:17
"Qarabağ"ın rəqibi çempion oldu
-
12:56
Azərbaycan Kuboku: 1/8 finalın hakimləri açıqlandı
-
12:23
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru təyinat alıb
-
11:45
"Liverpul" "Mançester Siti"yə belə qalib gəldi VİDEO
-
11:18
Milli Gimnastika Arenasında “Safeguarding” seminarı təşkil edilib
-
10:54
Hüseynovun komandasından heç-heçə
-
10:39
"Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alınıb
-
10:21
"Araz-Naxçıvan" yubiley qələbəsi
-
10:02
“Neftçi” 20-ci dəfə böyük hesabla məğlub olub
-
09:47
Volkov 50-yə çatdı
-
09:30
Berezutski Azərbaycan çempionatı tarixində 65-ci legioner baş məşqçi olub