8 Dekabr 2025, Bazar ertəsi
“Zirə” “Qarabağ”la heç-heçə etdi
DÇ-2026-nın püşkü atıldı (YENİLƏNİB)
Azər Bağırov: “Qələbəyə çox inanırdım”
Saşa İliç: “Cəzam çox ağırdır”

Ölkə futbolu

Tovuzda yenə hakimlər ön planda: Berdıyevə “qırmızı” göstərildi

Bu dəqiqələrdə Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində keçirilən “Turan Tovuz” - “Sabah” matçında insident yaşanıb.

Futbolxeber.az saytının məlumatına görə, matçın 20-ci dəqiqəsində qonaqların müdafiəçisi Rəhman Daşdəmirov Tovuz klubunun kapitanı Emmanuel Hakmanla mübarizədən sonra yerdə qalıb, matçın baş hakimi isə epizodu kobud oyun kimi dəyərləndirib. “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev gözü önündə baş verən bu epizoda sərt şəkildə etirazını bildirib. Təcrübəli mütəxəssis hakimə futbolçusunun çiyinlə oynadığını bildirib. Berdıyevin etirazı Məsiyevin ona əvvəlcə sarı, daha sonra isə qırmızı vərəqə göstərməsi ilə yekunlaşıb. Berdıyevə göstərdiyi qırmızı vərəqə ilə kifayətlənməyən Elçin Məsiyev köməkçi məşqçi Yunis Hüseynovu da sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, hazırda 25-ci dəqiqəsi oynanılan görüşdə qonaqlar 1:0 hesabı il öndədir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31