30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

“Qəbələ”dən 300-cü qələbə

“Qəbələ” tarixində 300-cü qələbəsini qazanıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu, I Liqanın XXI turunda gerçəkləşib. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Difai”ni 4:0 hesabı ilə məğlub edib.

300-cü qələbə 720-ci oyunda qeydə alınıb. “Qəbələ” Premyer Liqada 203, Azərbaycan kubokunda 47, I Liqada 39, avrokuboklarda 11 dəfə qalib gəlib.

“Difai” üzərindəki qələbə evdə 170-ci uğur olub. Səfərdə 128 dəfə qalib gələn komanda 2 dəfə də neytral meydanda sevinib.

Qeyd edək ki, “Qəbələ”nin ilk qələbəsi 2005-ci il sentyabrın 21-də I Liqanın “Şərur”la matçında rəsmiləşib - 8:0.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31