Ölkə futbolu
Azər Bağırov: “Bu, söz-söhbətdir, qərar deyil”
“Maraqlı oyun alındı. Yeni futbolçuları meydançada görmək şansımız da oldu. Məncə, pis təsir bağışlamadılar. Bu gün elə bir komandayıq ki, qollar vurmalıyıq. Epizodlar yaxalayırıq, lakin reallaşdırmada bir qədər problemlərimiz var. Düşünürəm ki, hər hissədə 3-4 epizodda şans bizim tərəfimizdə deyildi. Hər şey qabaqdadır. İrəli baxmaq lazımdır”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
O, hücum xəttində şans verdiyi yeni futbolçulardan razı qaldığını bildirib: “Həmin oyunçuların keyfiyyətini, nəyə qadir olduqlarını bilirdik. Məsələn, Trent Buhagiar komandaya yeni qoşulub. Şevroni Mabatşoev da həmçinin. Sadiq Şəfiyev də iki gündür düşərgəmizdədir. Oyunçuları yoxlamaq baxımından kubok bir şans idi. Həm də onlara güvənimizi göstərməliydik. Pis təsir bağışlamadılar. Məncə, bu gün həmin futbolçuları qazandıq. Çünki qarşıda 15 tur, eləcə də kubokun cavab matçı var. Bu oyunçuların hansı keyfiyyətdə olmaqları bizim üçün vacibdir. İmkan yaratmaq lazımdır ki, öz bacarıqlarını nümayiş etdirsinlər”.
Azər Bağırov ölkə çempionatı ilə bağlı qəbul olunan yeni qərarlara müsbət yanaşdığını söyləyib: “Ola bilər ilkin anda qərarlar ictimaiyyətdə həm qıcıq yaradırdı, həm də anlaşılmazlıq. Lakin düşünürəm ki, bundan sonra daha da yaxşı olacaq. Komanda sayının artması ilə oynaya biləcək futbolçular birmənalı şəkildə meydanda olacaqlar. Çünki bütün komandalar 11 legionerlə meydana çıxmayacaq. Yerli futbolçular da şans qazanacaqlar. Üstəlik, azərbaycanlı futbolçulara görə AFFA tərəfindən ödənişlər də nəzərdə tutulub. Düşünürəm ki, yaxşı olacaq. Komanda sayı ildən ilə artsa, çempionatımız daha da güclənər”.
“Premyer Liqanın sonuncusu ilə I Liqanın üçüncüsünün pley-off oynayacağı deyilir. Bu cür söz-söhbətlər motivasiya baxımından komandanız üçün nə qədər problem yarada bilər?” sualını “Kəpəz”in baş məşqçisi belə cavablandırıb: “Yaxşı vurğuladınız ki, bu, söz-söhbətdir, qərar deyil. Qərar olduqdan sonra nəsə müzakirə aparmaq mümkündür. Bu gün sadəcə ehtimaldır. İndi yalnız komanda sayı artırılıb, bu da sevindirici haldır”.
Mütəxəssis legioner limitinin ləğvinə baxmayaraq, azərbaycanlı futbolçuların da oynamaq şansı qazanacağını düşünür: “Bu gün biz icra edən orqanık. Məşqçinin işi verilən qərarlara uyğun işləməkdir. Üstəgəl, niyə “Kəpəz”də əsas heyətdə yerli futbolçu olmasın? Komanda Premyer Liqada qalarsa, heyətdə yerli futbolçular da olacaq, onlardan istifadə edəcəyik. Çünki mənə elə gəlir ki, Azərbaycanda kifayət qədər potensiallı, istedadlı futbolçu var. Biz də öz töhfəmizi verərik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























