1 Iyul 2025, Çərşənbə axşamı
"Qarabağ" "Zirə"yə qalib gəldi
“Neftçi” “Kappa” ilə anlaşdı
Millimiz darmadağın oldu
"Neftçi"dən daha bir transfer

Ölkə futbolu

Bir komandanı çempionatdan kənarlaşdırıldı, üçünə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi U-10 Liqasında çıxış edən Sumqayıtın "Odlar Yurdu" komandasını çempionatdan kənarlaşdırıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda “Sumqayıt City” ilə matçda təyin olunan vaxtda meydanda olmayıb və bu səbəbdən texniki məğlubiyyət (0:3) alıb. Bu hal üçüncü dəfə təkrarlandığından "Odlar Yurdu" yarışdan kənarlaşdırılıb.

U-14 Liqasında çıxış edən "İmişli" kollektivi "Şamaxı" ilə matçda meydana adı protokolda olmayan futbolçu buraxdığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

U-13 Liqasında Gəncə təmsilçiləri "Ruslan" və "Gəncəvi" klublarının qarşılaşması ikincilərin heyətində yetərsay olmadığından baş tutmayıb. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bu çempionatdakı “Hindarx” (Ağcabədi) - “Pambıqçı” (Bərdə) görüşündə də eyni hal yaşanıb. Bu dəfə “Pambıqçı” texniki məğlubiyyət alıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31