Ölkə futbolu
Yuri Matias: “Neftçi” hər il avrokuboklarda oynamalıdır”
“Neftçi”nin müdafiəçisi Yuri Matiasın Futbolxeber.az saytına müsahibəsi
- “Şamaxı” üzərində 1:0 hesablı qələbə qazandınız. Görüşü necə şərh edərdiniz?
- Bilirdik ki, bizi çətin oyun gözləyir. Rəqib mübariz komandadır. Bizim də məqsədimiz 3 xal qazanmaq idi. Kollektiv şəkildə istəyimizə çatdıq və qalib gəldik.
- Demək olar ki, indiki məqamda “Neftçi” üçün gözəl oyundan daha çox nəticə vacibdir? Çünki ikinci hissədə hiss olunurdu ki, daha çox qol buraxmamağa çalışırdınız...
- Ümumi götürəndə dediklərinizin bir hissəsi ilə razıyam, bir hissəsi ilə yox. İndiki məqamda bizə ardıcıl qələbələr lazımdır. Özümüzə inamı geri qaytarmalıyıq. Lakin ikinci hissədə hesabı qorumaq fikri ilə razı deyiləm. Çünki istər ilk, istərsə də ikinci 45 dəqiqə yalnız qələbə üçün oynayırdıq. Qol epizodlarımız da var idi. Təəssüf ki, onları dəyərləndirə bilmədik. Rəqibin isə əksinə, ikinci hissədə demək olar ki, real qol şansı olmadı.
- Yuxarı pillələrlə xal fərqi çox olduğundan “Neftçi”nin avrokuboklara yollanmaq üçün əsas ümidini kubokla bağladığını söyləyə bilərik?
- Hazırkı durumda realist olmalıyıq. Bəli, daha çox kuboka köklənəcəyik. Heç kim istəməzdi ki, belə vəziyyətlə üzləşək. Oyunçular olaraq biz indiki məqama görə daha çox üzülürük. İnanıram ki, yekunda azarkeşlərimizi sevindirə biləcəyik. “Neftçi”də oynamaq hər matça qələbə üçün çıxmaq deməkdir. Kubokla Avropaya getmək üçün yol daha qısadır. “Neftçi” hər il avrokuboklarda oynamalıdır.
- Razılaşırsınız ki, cari mövsümün yeganə xilas yolu “Neftçi”nin kuboku qazanmasıdır?
- “Neftçi”də hər oyun qələbə tələb olunur. Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik. Lakin bu o demək deyil ki, çempionata ikinci dərəcəli gözü ilə baxırıq. Qətiyyən. Bilmək olmaz, bəlkə elə mövsümün sonunda daha yuxarı pillədə qərarlaşdıq və avrokuboka elə Premyer Liqadan vəsiqə qazandıq. Yəni tələsmək olmaz. Amma dediyim kimi, hazırkı məqamda kubokda daha çox şansımız var. Bu turnirdə qalib olmağımız bizə bir qədər sakitçilik, rahatçılıq verər.
- Baş məşqçi dəyişikliyindən sonra “Neftçi”nin fiziki durumu artıq qaydasına düşüb...
- Düşünürəm ki, baş məşqçi dəyişikliyi də, Samir Abasovun seçimi də düzgün qərar idi. Çünki o, “Neftçi”ni yaxşı tanıyır, buradakı tələbləri gözəl bilir. Məşqçi dəyişikliyi həm də hər bir futbolçu üçün əlavə motivasiyadır. Bəli, Abasovun gəlişindən sonra irəliləyiş göz önündədir. İstər fiziki baxımdan, istərsə də oyun planında.
- Bir müddət əvvəl Braziliya mətbuatına müsahibənizdə “Neftçi”dən yeni müqavilə təklifi almadığınızı demişdiniz. Həmin açıqlama rəhbərlik tərəfindən narazılıqla qarşılanmadı?
- Həmin müsahibədə anlaşılmazlıq olmuşdu. Mən peşəkar futbolçuyam, klubla mövsümün sonuna kimi müqaviləm var. “Neftçi”nin də zamanı var ki, vəziyyəti analiz etsin, lazımi addımları atsın. İstər mən, istərsə də digər futbolçularla bağlı. Mən müqaviləmin sonuna kimi “Neftçi” üçün hər şeyimi verməyə hazıram. Son matça kimi də bu formanın haqqını verəcəm.
- Konkretləşdirsək, “Neftçi”də qalmaq istəyirsiniz, yoxsa siz də vəziyyəti mövsümün sonunda dəyərləndirəcəksiniz?
- “Neftçi”yə gəldiyim ilk gündən, istər azarkeşlər, istər klub rəhbərliyi, istər sıravi azərbaycanlılar tərəfindən çox yaxşı qarşılanmışam. Hər bir futbolçu üçün bu cür sevgi görmək çox xoşdur. Diqqət, qayğı, sevgi hiss edirsənsə, kim istəməz ki, bu cür yerdə qalsın?
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
10.11.2026
09.11.2026
08.11.2026





















.jpeg)

.jpg)
