1 Avqust 2026, Şənbə
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

Elmar Baxşıyev: "Çox kədərlənmək fikrimiz yoxdur"

“Ağır oyun alındı. Meydanda mübarizə getdi. Məğlub olsaq da, çox kədərlənmək fikrimiz yoxdur. Komanda olaraq bu oyunu unudub, qarşıdakı matça hazırlaşacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Qara Qarayevi fasilədə əvəzlədiniz. İkinci hissəni ehtiyatda izlədi, yoxsa evə göndərdiniz?

- Bizimlədir, evə niyə getməlidir? Sadəcə düşündük ki, emosiyalarını daha artıq birüzə verər, ona görə əvəzlədik. Hər iki komandanın oyunçuları mübarizədən çəkinmirdilər. Futbolda bu cür hallar olur.

- Barışıq oldu?

- Nə olursa, meydanda qalır.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31