12 Fevral 2026, Cümə axşamı
Berdıyev 4 oyunluq cəzalandı
Yuri Vernidubdan qələbə şərhi
"Qarabağ" və "Neftçi"dən qələbə
Almeyda rəsmən “Neftçi”də

Ölkə futbolu

Marko Yankoviç: “Növbəti oyunumuz daha çətin olacaq. Başqa səviyyə, başqa sürət...”

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Azərbaycan Premyer Liqasının XIX turunda “Şamaxı” üzərində qazandıqları 3:2 hesablı qələbəni şərh edib.

Futbolxeber.az saytına açıqlamasında monteneqrolu yarımmüdafiəçi qalib gəlmələrinə baxmayaraq, hazırda ideal formada olmadıqlarını bildirib:

“Qış fasiləsindən sonra yeni ildə ilk oyunumuz idi. Hələ ki ideal formada deyilik. Bunun üçün bir neçə matça ehtiyac var. Bəzi səhvlərimiz oldu. Texniki, yaxud mövqe seçimi baxımından. Lakin istənilən halda 3 xal götürdük. Bundan sonra daha yaxşı çalışmalıyıq ki, növbəti oyunlarda da istədiyimiz nəticələri əldə edək”.

O, gələn həftə UEFA Avropa Liqasında Rumıniyanın FSCB klubuna qarşı keçirəcəkləri matçdan da söz açıb:

“Daha çətin olacaq. Başqa səviyyə, başqa sürət... Hazırda daha bir neçə gün məşq etmək üçün vaxtımız var. Öz meydanımızda oynayacağıq. 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28