25 Sentyabr 2026, Cümə
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Qəbələ”nin kapitanı: “Hələ ki, istədiyimiz yerdəyik”

“Hər şey yaxşıdır, hər şey qaydasındadır. Əsas odur ki, zədəli oyunçularımız yoxdur. Hava şəraiti də istədiyimiz kimidir. Hələlik hər şey plana uyğun gedir. Qarşıda 3 yoxlama görüşümüz var. Həmin matçlardan sonra isə bizi mövsümün ikinci hissəsi gözləyir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Asif Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.  

O, növbəti mövsüm yenidən Premyer Liqada oynamaq istədiklərini bildirib: “Mövsümün birinci hissəsindən sonra hələ ki, istədiyimiz yerdəyik. Amma mövsümün qalan hissəsi daha çətin olacaq. Yaxşı hazırlaşıb növbəti mövsüm yenidən Premyer Liqada oynamaq istəyirik”.

Təcrübəli yarımmüdafiəçi komandada ab-havanın yaxşı olduğunu vurğulayıb: “İstirahətimiz çox olmadı. 2 həftə dincəldik. Məşqləri bərpa etdikdən sonra ilk 3-5 gün çətinlik olur. Sonradan hər şey öz qaydasına düşür. Komandada ab-hava yaxşıdır. Yüksək əhval-ruhiyyədə qarşıdakı oyunlara hazırlaşırıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30