2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

“Ehtiyat qüvvə ümidləri doğrultdu”

“Araz-Naxçıvan”ın baş məşqçi Elmar Baxşıyev Azərbaycan kubokunun II təsnifat mərhələsi çərçivəsində “Şahdağ Qusar” üzərində qazanılan 4:0 hesablı qələbəni şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, ehtiyat qüvvənin etimadı doğrultduğunu bildirib:

“Bu dəfə Premyer Liqa oyunlarında az və ya heç şans vermədiyimiz futbolçularla meydana çıxdıq. Çünki qarşıda sıx oyun qrafikimiz var. 10 gün ərzində 3 çempionat matçı keçirməliyik. Buna görə də ehtiyat qüvvədən maksimum istifadə etməyə çalışdıq. Onlar da ümidləri doğrultdular. Həm oyun planında verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdılar, həm də komandanı qarşıya qoyulan məqsədə doğru apardılar. Buna görə futbolçuları təbrik edirəm”.

Mütəxəssis qarşıdakı matçda rəqibə uğurlar arzulayıb: “Rəqibimiz də hesaba baxmayaraq, sona qədər mübarizə apardı. Elnur Abdullayevi də yaxşı komanda formalaşdırdığına görə təbrik edirik. Onlara da qarşıdakı oyunlara uğurlar arzulayırıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31