Ölkə futbolu
Qurban Qurbanov “Ayaks”la oyun barədə: “Çəkinəcək bir şeyimiz yoxdur”
“Bizim üçün çox vacib oyundur. "Ayaks" kimi dünya futbolunda tanınan tarixi kluba qarşı oynayacağıq. Bu cür klubun Bakıya gəlməsi bizim üçün avantajdır. Pis hazırlaşmamışıq, bunun üçün vaxtımız olub. Futbolçuların hazırlıq səviyyəsi pis deyil. Çox istəklidirlər. İnanıram ki, sabah azarkeşlərimiz oyundan razı qalacaqlar. Bu, bizim üçün çox vacib, çox önəmlidir. Çalışacağıq ki, hər birinizi sevindirək”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah UEFA Avropa Liqasının üçüncü turu çərçivəsində Bakıda “Ayaks”a qarşı keçirəcəkləri görüş barədə danışarkən deyib.
Daha sonra təcrübəli mütəxəssis oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Zədəli futbolçularla bağlı hər hansı problem var?
- Marko Veşoviç və Mateus Silva bu oyun üçün yoxdular. Müalicə alırlar.
- İndiyə qədər Azərbaycana "Ayaks" kimi titullu klub gəlməyib. Futbolçuların bu rəqibin adından çəkinməməsi üçün hansısa tədbir görəcəksiniz?
- Əvvəllər də demişəm, bu cür klubların Bakıya gəlməsi, burada olması, azarkeşlərimizin onları canlı görməsi, futbolumuza sevginin artması və inkişaf üçün böyük təkandır. Bizim hətta azyaşlı futbolçularımız görəndə ki, bu cür böyük klublar Azərbaycana gəlir... Valideynləri görəndə də, Bakıya gəlir, istər-istəməz futbola sevgini, inamı çoxalda bilər. Ona görə bu cür fikir bildirirəm. "Ayaks"ın ümumi göstəricilərini götürdükdə, inanın ki, son vaxtlar ümumiyyətlə təzyiq deməzdim, çəkinəcək bir şeyimiz qalmayıb. Təcrübəmiz çoxdur. Böyük klublarla səfərdə və Bakıda oynamışıq. Böyük məğlubiyyətlər də görmüşük. Bu gün biz sadəcə komanda olaraq futbola olduğu kimi yanaşmaq istəyirik. Bəzi liqalarla, klublarla aramızda fərq böyükdür. Əgər gələcəyə nikbin baxıb, böyümək istəyiriksə, bu cür klublara qarşı oynamaqdan, böyük məğlubiyyətlərdən çəkinməli deyilik. Azərbaycan futbolunun və Avropanın öndə gedən ölkələrinin futbolunun gücünü dəyərləndirsək, çəkinəcək bir şeyimiz yoxdur. Onlara qarşı necə düzgün oynaya bilərik? Ən vacibi çəkinməməliyik. Bunlar olduqda, inanıram ki, qarşıda daha da yaxşı kollektiv görə, tez inkişaf edə bilərik. "Ayaks" yaxşı komandadır, dinamik və ağıllı futbol oynayırlar. Oyunlarına baxıb, analiz etmişik. Biz onlara qarşı həm mübarizə aparacağıq, həm də bəzi şeyləri öyrənəcəyik. Öyrənmək üçün utanmırıq, çəkinmirik. Bu cür rəqiblərə qarşı möhkəm dayanmağı bacarmalıyıq. Bununla bərabər, sabah çalışacağıq ki, oyunumuzla, istəyimizlə, dinamika ilə azarkeşlərimizi razı salaq.
- Marko Yankoviç kimi meydanda aktiv olan birinin beynəlxalq oyunlarda şans qazanması, sərəncamınızda olması, nə qədər rahatdır?
- Bu gün hələ bir məşqimiz var. Özünü yaxşı göstərsə, sabah meydanda olacaq. Dəfələrlə demişəm, futbolçularımın hamısının sağlam olması mənim üçün böyük üstünlükdür. Çünki təkcə oyuna görə yox, oyundakıları yaxşı icra etmək üçün məşqlərdə bütün oyunçuların sağlam olması çox önəmlidir. O zaman hər bir futbolçu oyunda nə etdiyini daha yaxşı anlayır. Bu cür böyük oyunlardan əvvəl məşqin keyfiyyəti yaxşı səviyyədə olur. İki gün vaxtım oldu ki, bütün oyunçularla yaxşı məşq edək. Əvvəlki matçlardan öncə isə 3-4 gündən bir oyuna çıxırdıq. Hər oyuna 8-9 futbolçu ilə hazırlaşırdım. Milli dönəmdə də 9-10 əsas oyunçu olurdu. Bu sayda futbolçularla keyfiyyətimizi heç cürə yaxşılaşdıra bilmirdik. Amma 2 gün bu oyuna hamılıqla birlikdə hazırlaşa bildik. Ona görə inanıram ki, sabahkı matçda futbolçularım dinamik, yaxşı oynaya biləcək. Marko Yankoviç əsas üzvlərimizdəndir. Düşüncələrimizi yerinə yetirmək üçün hazır olması məni həmişə sevindirir. Buna görə də uzun müddətdən sonra məsuliyyətli oyuna hazır olması məni sevindiridi.
- Qapı mövqeyi yenə də müzakirə edilir. Bu mövqedəki problemlər sizi də narahat edir?
- Düzünü desəm, etmir. Hər bir oyunçunun məsuliyyətlə işə yanaşması, mənim üçün birinci yerdədir. Bu gün hər iki qapıçının potensialı böyükdür. Hər ikisi də böyük məsuliyyətlə istənilən məşqdə özünü yaxşı tərəfdən göstərməyə çalışır. Ola bilər ki, əvvəlki oyunlarda komandaya tam uyğunlaşa bilməmişdilər. Mental olaraq tam hazır deyildilər. Buntiç və Koxalskini götürsək, biri Portuqaliya, digəri Polşa çempionatında oynayıb. Ola bilər bəlkə orada məsuliyyət az olub. Polşa və Portuqaliya liqalarından aşağı ola bilərik, amma bizim komandanın daim yuxarılarda olması məsələsi, məsuliyyəti bəlkə də onlarda daim olmayıb. Hər iki qapıçıya güvənirəm. Məğlub olanda, nəinki qapıçılar, oyunçulara qarşı fikirlər də dəyişilir. Bu gün olmasa da, sabah onların oyunları daha yaxşı olacaq, potensialları böyüyəcək. Narazı olası bir şey görmürəm. Özünüz də görəcəksiz ki, hər bir qolkiper özünü yaxşı göstərib, komandaya fayda verəcək. Şahruddinin qayıtması, sağlam olması, rəqabətin böyüməsinə fayda verəcək. Bu gün onlara inamım böyükdür.
- Aleksey Kaşukun hazırlıq durumu imkan verir ki, "Ayaks"la matçda daha çox meydanda olsun?
- Hazırlığı pis deyil. Amma mən hələ tam razı deyiləm. Onu gözəl anlayıram, uzun müddət kollektiv məşqsiz qalmaq, oyunlardan uzaq qalmaq, heç bir futbolçu üçün yaxşı hal deyil. Amma ümumən günü-gündən, oyundan-oyuna, məşqdən-məşqə öz potensialını açmağa başlayır. Ona inam və güvənimiz çoxdur. Çempionat oyunlarında əsas heyətdə də meydana çıxdı, sonradan da. Bu gün "Ayaks"la görüşdə oynamaq dəqiqəsini tam deyə bilmərəm. Sürət, dinamika tam başqa olur. Amma lazım olduğu halda, ondan istifadə edəcəyik. Kaşukun texnikasına, futbol anlayışına ehtiyacımız ola bilər.
- Keçmiş futbolçunuz Raydel Pupon Niderland mətbuatına açıqlamasında bildirib ki, Qurban Qurbanov çox tələbkardır, hətta gecə klublarında da onun adamları var idi. Düşünmürsünüz ki, legionerlərdən mental olaraq tələbkarlıq onlarda diskomfort yaradır?
- Klubda ən məsuliyyətli şəxs mənəm. Mənim üçün hər bir futbolçunun idman formasının daim yaxşı olması önəmlidir. Tələbkar olmağıma gəlincə, belə olmalıyıq. Amma bunu biz elə formada edirik ki, futbolçu inciməsin, küsməsin. Onu başa salaraq, öz fikirlərimizi bildiririk. Mənim elə də çox adamlarım, ətrafım yoxdur ki, gecə klublarında olsun. Ətrafımda axşam saatlarında oralarda olmayanlardır (gülür). Gecəyə qədər olan adamlardır. Pupon maraqlı, məsuliyyətli biri idi. Onunla bir necə danışığımız olmuşdu. Ondan ən çox tələbim çəkisinin çox olması idi. Aşağı salmaq üçün söz vermişdi. Çəkisi çox olurdu, bəzən üstündən keçirdim (gülür). Biz bəzən futbolçuların şikayətini eşidirik ki, yorğun oluruq, tələblər çoxdur... Amma müəyyən müddət keçəndən sonra anlayırlar ki, onlardan tələb etdiklərimiz, onların yaxşı, sağlam olması, ilboyu stabil olmaları üçün nə dərəcədə faydalıdır. İstənilən futbolçunu yoldan çıxarmaq çox asandır. Bu gün ələlxüsus da cavanları. Bir az uğur əldə edənlərin ətrafı böyüyür, dostları çoxalır. Futbol bu gün tam başqadır. Cüzi diskomfort istənilən futbolçunun səviyyəsini aşağı salır. Tələblər olmasa, uğurlu nəticə olmaz. Milliyə gedənlər heç ailələrinə vaxt ayıra bilmirlər. Buna baxmayaraq, tələblərimiz çoxalmalıdır. Bir-iki məğlubiyyət komandaya inamsızlıq, güvənsizlik yaradır. Sizlər, azarkeşlər və bəlkə də rəhbərlik tərəfdən. Hamı qalib gəlmək istəyir. Futbolçularıma nə qədər bəzi anlarda sərt olsam da, onların dostuyam, həmişə yanlarındayam. Problemləri olanda istənilən saatda onların yanında olmağa hazıram. Özümdən bunu tələb edirəm, sonra futbolçulardan. Eşitməmişəm ki, hansısa futbolçu məndən narazı qalıb, hamısı məni çox istəyib, hörmətlə yanaşıb. Bilirlər ki, onların sağlamlığı, yaxşılığı üçün fikirlərimi bildirirəm. Buna da məcburam, borcluyam. Onları ən çox istəyən, uğur əldə etmələrini istəyən birinci şəxs mənəm. Bilirəm ki, bu nə dərəcədə ağır peşədir. Kənardan sevimli peşədir. Amma aysberqin görünməyən tərəfləri var. İçəridə nələrdən keçirlər, bunu tək mən bilirəm. Yaxşı olmaları üçün bəzən xoşları gəlməsə də, onlardan bunu tələb edəcəm.
- Rəqiblər bəlli olanda "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanacağını düşünürdük. İndi isə son pillələrdəyik. Pley-off mərhələsinə yüksəlməmək kimi narahatlığınız var?
- Bu il turnir fərqli formatdadır. İki oyundan sonra fikir bildirmək olmaz. Format elədir ki, bəlkə 4-5 xalla pley-off mərhələsinə vəsiqə qazanacaqsan. Mənim üçün bəlkə digər format daha rahat idi. Cəmi 3 komandaya qarşı öz fikirlərini, düşüncələrini daha tez formalaşdırıb, daha yaxşı hazırlaşa bilirdin. Ev və səfər oyunu var idi. Üstünlükləri çox idi. Yeni format tam fərqlidir. Buna uyğunlaşmaq lazımdır. Narahatlığım var. Ümumi duruma baxanda, bu gün xalımız yoxdur. Hələ heç nə bilmək olmaz. Qarşıda 6 oyunumuz var. Ən azından uduş nədir? Keçən il pley-off mərhələsinə keçsək, 8 oyun oynayırdıq. Bu mövsüm isə minimum 8 oyunumuz var. Yanvardan sonrakı 2 oyun bizim üçün pley-off kimi olur. Çox istəyərdik ki, oyunlarımız sayı çox olsun. Çalışacağıq ki, pillə-pillə qalxaq. Bizim üçün pley-off-a çıxmaq uğurdur. Şansımız varsa, çalışacağıq ki, daha yuxarılarda olaq. İnanın ki, 16-17-ci ildir buradayam. Hər il hər oyunda narahatlığım var. Belə də davam edəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- "Qarabağ"ın rəqibi bəlli oldu
-
16:54
“Neftçi”dən yarımmüdafiəçi transferi
-
16:26
“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
16:03
"Zirə"də gözlənilməz ayrılıq
-
15:41
Rafael Fiziyev Bakıya gəlib
-
14:15
Ronaldinyo karyerasını bərpa edir
-
13:32
Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb
-
13:20
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:58
"Şamaxı"nı Bakı klubuna dəyişdi
-
12:07
Türkiyənin məğlubiyyəti VİDEO
-
11:49
Futzal millimizin baş məşqçisi: “Cəsarətli və əzmkar olmaq lazımdır “
-
11:16
Braziliya millisindən 3 qollu qələbə VİDEO
-
10:34
DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
10:21
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:53
Türkiyə - Paraqvay oyununun ən yaxşısı o seçildi
-
09:05
DÇ-2026: Türkiyədən erkən vida
-
23:55
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
-
22:48
3 boksçumuz Dünya Kubokunun yarımfinalında
-
21:24
PFL onları mükafatlandırdı
-
21:00
"İmişli"də 5 ayrılıq
-
20:17
"Neftçi" Rezabala ilə vidalaşdı
-
19:39
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
-
18:53
Premyer Liqada ilk turun təqvimi açıqlandı
-
18:26
Tahir Abdullayevin Bakıda keçiriləcək UFC-də iştirakı təsdiqlənib
-
17:42
Argentina millisinin üzvü DÇ-2026-nın ən yaraşıqlısı seçildi: Ronaldo 45-ci oldu
-
17:01
"Şəfa" onunla yeni müqavilə imzaladı
-
16:36
Avropa Gimnastikasının XXXII Konqresi 2027-ci ildə Bakıda keçiriləcək
-
16:15
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
-
15:58
Emin Kürdov: “Normal qrupa düşmüşük”
-
15:44
"Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
-
15:29
DÇ-2026: Neymar yenə meydana çıxmayacaq
-
15:00
Dambrauskas: “Rəqibin kimliyi əhəmiyyətli deyil”
-
14:33
Millimizin rəqibləri müəyyənləşdi
-
14:16
"Böyük Dəbilqə": Balabəy Ağayev finalda dünya çempionunu məğlub etdi
-
13:42
“Qarabağ”la oyunu ləğv etdilər
-
13:27
Elvin Astanov Tunisdə gümüş medal qazanıb
-
13:01
Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək
-
12:48
Çexiya - CAR oyunu mundialların tarixinə düşüb
-
11:55
Zaur Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
-
11:39
Meksika pley-offda VİDEO
-
11:24
DÇ-2026: Portuqaliya antirekordunu təkrarladı
-
11:00
“Səbail”in yeni baş məşqçisi açıqlandı
-
10:43
Dünya çempionatında qol rekordu qeydə alındı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
İslandiya klubu “Qarabağ”la oyuna görə azarkeşlərə müraciət etdi
-
09:51
Kanada Qətəri darmadağın etdi VİDEO
-
19:53
IV Avropa Oyunlarında iştirak üçün kvota qazandı
-
18:38
"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi bilindi
-
17:22
"Zirə"nin hazırlıq planı müəyyənləşdi
-
17:06
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
-
16:49
Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
20.06.2026
19.06.2026
18.06.2026























