30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

Azərbaycan futbolunda son 8 mövsümün rekordu təkrarlandı

Azərbaycan futbolunda 2024/25 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.
 
Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, 2-ci Liqanın 7-ci turunda baş verib.
 
“Göygöl” öz meydanında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib. Bunadək mövsümün rekordu II Liqanın II turunun “Şimal” – “Ağdaş” matçında qeydə alınmışdı – 8:0. 9 topluq fərq həm də son 8 mövsümün rekordunun təkrarıdır.
 
Ötən mövsümdə 3 belə nəticə qeydə alınıb. 2-ci Liqada “Cəbrayıl” “Kürmük Qax”, “Şahdağ Qusar” “Dinamo” ilə görüşdə qonaqların qapısından 9 cavabsız top keçirib. Əvəzedicilər liqasında isə “Qəbələ-2” “Araz-Naxçıvan-2” ilə səfər matçında eyni hesaba sevinib.
 
Daha böyük fərqə isə sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt “Zaqatala” I divizionda “Energetik”in qapısından 10 top keçirib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31