Ölkə futbolu
2 milyon pul alıb, oynatmağına bax...
Milli komadamız dünən UEFA Millətlər Liqasının yeni tsiklindəki ikinci oyununda da uduzdu. Bu, həm də millimizin yeni baş məşqçisi Fernandu Santuşun rəhbərliyi altında ikinci məğlubiyyətdir. Portuqaliyalı mütəxəssisin debütu heç də uğurlu alınmadı - 2 oyun, 2 məğlubiyyət, topların fərqi 1:5. Millinin heyətini açıqlayarkən Santuşun mətbuat önündə səsləndirdiyi pafoslu vətən, millət, bayraq sevdası da komandamıza kömək olmadı...
Millimizin İsveçdən sonra Slovakiyaya uduzacağı əvvəldən gözlənilən idi. Ay “millimiz İsveçə qarşı yaxşı oynadı”, “bəxtimiz gətirmədi”, “2 topumuz dirəkdən döndü”, “Ramil penaltini vursaydı, nəticə fərqli olardı”, “bağ belə, bostan elə” və s. Bütün bunlar gülünc iddiadan başqa bir şey deyil. Slovakiya millisi dünən yığmamıza 26 dəqiqəyə mini master-klass keçdi. 5 dəqiqəyə iki top vurmaqla matçın taleyini həll edən slovaklar qalan vaxtı yol verdilər. Əgər dünən slovakiyalılara 5 top fərqi ilə qələbə lazım olsaydı, buna çətinlik çəkmədən nail olardılar. Hər halda matçın ilk 26 dəqiqəsindəki mənzərə belə düşünməyə əsas verir. “Millimiz yaxşı oynadı”, yaxud “millimiz pis oynamadı” fikrini səsləndirənlərin futbola baxış bucağı çox maraqlıdır. Həqiqətənmi millimizin son 2 matçda yaxşı, yaxud pis oynamadığına inanırsınız? Əgər millimizin oynadığı futboldusa, italyanların Fransa qarşısında demirəm, gürcülərin Çexiya qarşısında sərgilədiyi nə idi?..
Başa düşürəm, Santuş sehrbaz deyil, 2 günə nəyisə dəyişə bilməz. Amma məsələ ondadır ki, portuqaliyalı nəinki 2 günə, heç 2 ili də nəyisə dəyişə bilməyəcək. Çünki bizim milli komandamızın problemi baş məşqçidə deyil. Yurveviç, De Byazi və yaxud Santuş - adlardan başqa heç nə dəyişməyəcək. Millinin uğur qazanması üçün futbolçu lazımdı. Futbolçu da yoxdursa, lap Qvadiolanı, Ançelottini gətir, ruslar demiş, “nu i?” Maksimum 3 əvəzinə 5 xal qazanacağıq. Bu da nəyisə dəyişmir. Olan yalnız əcnəbilərə ödənilən milyonlara olur...
Milyon demişkən, rəsmən açıqlanmasa da, milli komandamızın baş məşqçisi Fernandu Santuşun 2 milyonluq müqaviləyə imza atdığı çoxlarına məlumdur. Son 2 matçda sərgilənən futbol görə o boyda “rasxod eləməyə dəyər?” “Bəyin oğurlanması”nda deyir e, “8 min pul alıblar, oynamaqlarına bax”...
8 min demişkən, bayaq yuxarıda adını çəkdiyim Gürcüstan millisinin baş məşqçisi Villi Sanyolun maaşı bilirsiniz nə qədərdir? Aylıq 20 min. Yəni Santuş Sanyoldan 10 dəfə çox qazanır. Əvəzində millimizlə gürcülərin sərgilədiyi futbolla baş məşqçilərin qazancları tərs mütənasib təşkil edir. Maraq üçün onu da əlavə edək ki, dünən millimizi 26 dəqiqəyə xalsız qoyan Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona ildə 540 min avro qazanır. Santuşla müqayisədə qəpik-quruş... Bu halda ortaya sual çıxır - əgər millimiz onsuz da uduzacaqsa, milyonları göyə sovurmağın nə adı var? Ondansa millinin aylıq 10 min manat qarşılığında hazırda işsiz olan mütəxəssislərdən birinə tapşırmaq daha düzgün olmaz? Məsələn, Tərlan Əhmədov. Əminəm ki, Əhmədovun rəhbərliyi altında da milli komandamız ƏN PİS HALDA elə indiki kimi oynayacaq. Bu halda dövlətin pulunu portuqaliyaya xərcləməyin adı nədir? Milliyə gətiriləcək istənilən yerli məşqçi ilə Santuşun qazancı arasındakı fərq 1,8 milyon təşkil edəcək ki, bu pula da meydançalar inşa etdirib gələcək üçün futbolçu hazırlamaq olar. Təbii ki, əgər həqiqətən də futbolun inkişafını istəyiriksə...
İbrahim Cəfərov
P.S. Dünən gecədən gözümə yuxu getməyib. Narahatam, görəsən, Slovakiya ilə matçdan sonra “gecə yata bilməyəcəm” deyən Fernandu Santuş Koşitsedən Bakıya qayıdan təyyarədə heç olmasa 10-15 dəqiqə gözünün acısını ala bildi?
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























