Ölkə futbolu
Bəhlul Mustafazadə: "İrəli atılmağımız müdafiədə boşluqlara səbəb oldu"
“Kifayət qədər ağıllı və güclü komandaya qarşı oynayırdıq. Keyfiyyətləri hiss olunurdu. Əlimizdən gələni etməyə çalışdıq ki, qalib gələk, turu keçən tərəf olaq. Təəssüflər olsun ki, alınmadı. Edə biləcək bir şey yoxdur. Avroliqa oyunlarına hazırlaşacağıq və çalışacağıq ki, orada ötən mövsümdən daha yaxşı nəticə verək”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, “Dinamo”nun “Qarabağ”dan çox üstün olmadığını bildirib: “Əslində bunu deməzdim. Çünki səfərdəki oyuna da baxsaq, görərik ki, əlimizə düşən şansları dəyərləndirsəydik, başqa ssenari ola bilərdi. Buradakı oyunda da bizə qələbə lazım olduğu üçün daha çox irəli atılmışdıq ki, bu da arxa xətdə boşluqlar verməyimizə səbəb oldu. Düşünürəm ki, birinci oyun şanslardan istifadə edə bilsəydik, fərqli nəticə olardı”.
27 yaşlı müdafiəçi "Dinamo"nun iki oyunun cəmində "Qarabağ"a 5 cavabsız qol vurmasının komandasının təcrübəsizliyi ilə əlaqəli olmadığını bildirib: “Düşünmürəm ki, qol vura bilməyimizə təcrübə çatmadı. Bəzən olur ki, yüz faizlik şansı dəyərləndirə bilmirsən. Təcrübə çatışmazlığı deməzdim, şans deyərdim. Düşünürəm ki, son vuruşların üzərində də çalışmalıyıq. Avroliqada daha yaxşı nəticə verməyə çalışacağıq".
B.Mustafazadə komandanın qələbəsi üçün çatışmayan məqamlardan da danışıb: “İlk növbədə əlimizə düşən şansları dəyərləndirməli idik. Buradakı oyunda da şanslar yaratdıq. Təəssüf ki, yerinə yetirə bilmədik. Məşqçilər və oyunçularla birlikdə fasilədə deyirdik ki, hələ heç nə bitməyib. İnanırdıq ki, burda daha yaxşı nəticə göstərə bilərik. Amma alınmadı”.
"Qarabağ"ın üzvü Avropa Liqasının yeni formatı haqda da fikirlərini bildirib: “Düşünürəm, maraqlı olacaq. Avroliqada çox oyun oynamağımız bizim üçün də faydalıdır".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:34
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
19.09.2026
18.09.2026
17.09.2026























