Ölkə futbolu
Qurban Qurbanov: “Bu, birlikdir, komandaya olan sevgidir”
“Əfsuslar olsun ki, məğlub olduq. İstəməzdik ki, uduzaq. Futbolçulara deyiləcək bir söz yoxdur. Çox əziyyət çəkdilər, həm səfərdə, həm də burada. Xeyli sayda qol epizodlarımız oldu, istifadə edə bilmədik. Azarkeşlərimizə təşəkkür edirəm. Uduzsaq da, bizimlə oldular”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Dinamo"ya 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Hücumdan fərqli olaraq müdafiədə problemlər var. Komanda çox rahat toplar buraxır. Bu problemi həll etmək üçün xüsusi planınız var?
- Onsuz da oyunumuz belədir. Biz daha çox rəqibin üzərinə atılırıq, rəqib meydanında oyunumuzu qururuq. Bu gün ilk hissədə qapımıza bir zərbə oldu, o da qol oldu. Xırda detallar var. Müdafiəyəmeyilli komanda bu epizodlardan qalib ayrılır. Bizdə fərqlidir. Elvin, Mateus ya digərləri hücuma daha çox meyillidirlər. Oyunun 70-80 faizini hücumda keçirirlər. Çatışmazlıqlar olacaq. Amma mütləq şəkildə diqqət ayırmalıyıq. Qol vurmuruqsa, buraxmamaq haqda da düşünməliyik. "Dinamo"dan 5 qol buraxıb, birini də vura bilməmişiksə, nəyisə izah etmək düzgün çıxmaz. Xeyli sayda qol epizodları yaratdıq. Halbuki rəqib müdafiədə sıx oynayırdı. Bu cür komandaya qarşı qol epizodları yaratmaq asan deyil. Müdafiədə səhvləri bir az azaltmalıyıq.
- Komandada yorğunluq hiss edilirdi, sanki futbolçuların halı yox idi. Bunu ilk oyundakı ekstra yüklənmə ilə əlaqələndirirsiniz?
- Bilmirəm bu fikir haradan yaranıb. Yorğun komanda rəqibin cərimə meydançasında 3 metrdən qol epizodu yarada bilməz. Xorvatiyadakı oyundan sonra belə fikir formalaşdı. Nəyisə axtarıb fikirləri fiziki formaya gətiriblər. Aslan Kərimov da deyib... Xorvatiya mətbuatından çıxmışdı, ya nədir... Futbol güc, sürət oyunudur. Bizim futbolçuların göstəricilərinə baxsaz, oyunda neçə kilometr qət ediblər... Biz rəqibdən daha çox qaçmışıq səfərdə. Maksimal sürətimiz rəqibdən daha çox olub. İnanmıram ki, bugünkü göstəricilər də az olsun. Belə fikir formalaşıb, maraqlı söz-söhbət yaranıb, yorğunluq, filan. Anlamıram. Futbolçu gərgin olanda hansısa dəqiqələrdə nəsə hiss edilir. Amma 33 yaşlı Zubir 90 dəqiqə meydanda dayanırsa, Elvin 90 dəqiqə 80-90 metr gedib-qayıdırsa, bu qədər hərəkətli olurlarsa, bu fikir mənim üçün qəribə gəldi. Bizim işimiz normal gedir. Hər bir futbolçunun fiziki hazırlığını daha da qaldırmalıyıq. Bu tip turnirlərdə oynamaq üçün daha çox məşq etməliyik. Yorğunluq görmədim.
- Bu məğlubiyyətdən sonra yeni transferlər etməyi düşünürsüz?
- Onsuz da axtarışdayıq. Bir transfer də etmişik. İki aydan çox idi ki, danışıqlar gedirdi. Bir dəfə alınmamışdı, söhbət dayanmışdı. Bizə uyğun variant olsa, mütləq transfer etmək istəyirik. Bizi qarşıda çox sıx qrafik gözləyir. Avrokuboklar, milli oyunlar, çempionatımız var. Oyunların sayı çoxalır. Zədələrimiz çoxala bilər, rotasiyalara getməliyik. Belə olan halda, oyunçular dəvət etmək istəyərik.
- İngilis hakimin qərarları sizi qane etdi?
- Hansısa yuxarı səviyyədə öz sahəsində işini görən insan haqda mənim danışmağım düzgün çıxmaz. İngiltərə Premyer Liqasında o cür oyunlarda, ÇL-də, böyük matçlarda hakimlik edən biri barədə, düz etdi, ya səhv etdi demək etik baxımdan düzgün olmaz. İlk hissədə penalti epizodu çox şübhəli idi. Kontakt oldusa, birmənalı şəkildə penaltidir. Biz bunu belə eşitmişik. Amma bilmirəm İngiltərədə necədir. Əminliklə deyərəm ki, penalti vermək olardı. Kevin Medinanın qırmızısına gəlincə, bəsit sarı vərəqələr idi. Onsuz da uduzmuşuq, son dəqiqələrdir. Əl konkatı yox idi, mübarizə idi. Belə oyunda ikinci sarını vermək, bilmirəm nə dərəcədə düzgündür. Böyük hakimdir. Bizim üçün də onun Bakıya gəlməsi xoşdur. Onu canlı görmək, sonra TV-də görmək maraqlıdır.
- Marko Veşoviçlə Marko Yankoviçin yoxluğu cütün taleyinə nə dərəcədə təsir etdi?
- Təsiri olmamış olmaz. Hər ikisi əsas heyət oyunçusu idi. Topla yaxşı davranan futbolçuların olması üstünlükdür, olmaması isə əksinə. Ancaq onlarsız da qalib gəlmişik. Əlimizdəki oyunçuların hamısı sağlam olanda, mənim üçün daha asandır. Təsiri var. Amma digər oyunçularım da göstərdilər ki, daha yaxşı nəticə əldə etməyə layiq idilər.
- Futbolçuların həvəsdən düşməməsi üçün hansı addımlar atacaqsız?
- İlk addımı atdıq. Paltardəyişmə otağında hər birinə təşəkkür etdim. Bu gün çox üzgün olsaq, bunu çox düşünsək, qarşıdakı işimizə mane olacaq. Bir az üzgün idilər. Amma mütləq şəkildə daha da bərk olub qarşıdakı turnirə hazırlaşmalıyıq. Biz qarşımızdakı rəqiblərə dəyər vermişik. Onlar qalib gəlibsə, demək bizdən üstün idilər. Futbolçular bu gün gördülər ki, daha bərk, daha diqqətli və daha ağıllı oynamağa çalışmalıyıq.
- İlk oyundakı məğlubiyyətə baxmayaraq, əksəriyyət "Qarabağ"ın mərhələ keçəcəyinə inanırdı. Bu inam haradan yaranıb?
- Bu gün bazada belə söhbətim oldu. "Qalatasaray"ın oyununa baxdıq, uduzdular. Bir qol vurmaq lazım idi. Biz isə 3 qol vurmalıydıq. "Qalatasaray" uduzdu, öz-özümə düşündüm ki, gör bizi, "Qarabağ"ı nə qədər çox sevirlər, çox güvənirlər ki, bu cür oyunda 3-4 qol vuracağımıza inanırlar. Bu, birlikdir, komandaya olan sevgidir, inamdır. Bəlkə də, maraqlansaq, azarkeşlərin 70 faizi bizə daha çox motivasiya vermək üçün belə danışırdılar. Bəlkə onlar da razılaşmışdı ki, üç qol vurmaq çətin olacaq. Azarkeşlərimiz futbolu heç də pis incələmirlər. Bizə motivasiya vermək üçün daha çox bu fikirləri demişdilər. Buna da çox sevindim. Bizim başqa çıxış yolumuz qalmır. Hansısa oyunda uduza bilərik, qruplara da düşməyə bilərik, amma həmişə demişəm ki, bütün azarkeşlər bilməlidir, mən başda olmaqla futbolçular, hamımız işimizə məsuliyyətli yanaşmışıq. Klub, komanda sağlam əllərdədir. Hamı dərk edir ki, Qarabağ adı nə deməkdir. İnam da buradan yaranıb. Buna görə azarkeşlərimizə təşəkkür edirəm. Böyük zəfərdən sonra xalq olaraq, daha mehriban, daha inamlı olmuşuq, bir-birimizə hörmətlə yanaşmışıq. Bu gün məğlubiyyət oldusa, sabah qalibiyyətlər olacaq.

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- Nuriyev Macarıstan klubunda
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Zirə”də gözlənilməz ayrılıq
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
19:12
Qızlardan ibarət basketbol millimiz İslandiyaya uduzub
-
18:06
"Kəpəz" qapıçısısı ilə müqaviləni yenilədi
-
17:28
"Cəbrayıl" və "Quba" klublarının adları dəyişdirilib
-
16:53
"Qarabağ" Polşaya yollandı
-
16:30
Azərbaycan II Liqasının püşk atıldı
-
16:19
Azərbaycan yığması UEFA turnirində iştirak edəcək
-
15:44
Taekvondoçularımız "Batumi Open" turnirində 22 medal qazanıblar
-
15:21
Dünya çempionatında 14 cüdoçu ilə təmsil olunacağıq
-
14:37
"Kəpəz"də yeni müqavilə
-
14:05
“Turan” heyətini kubalı voleybolçu ilə gücləndirib
-
13:52
Boksçularımız Qazaxıstanda beynəlxalq turnirə qatılacaqlar
-
13:16
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
-
12:48
Qurban Qurbanov: “Səfərə yaxşı nəticə üçün gedirik”
-
12:23
Zamiq “Şemrok Rovers”ə qarşı oynadı
-
12:00
“Çelsi” bu qapıçı üçün 60 milyon avro ödəməyə hazırdır
-
11:39
"Gəncə"də yeni müqavilə
-
11:14
Amerikalı hücumçu Azərbaycan klubunda
-
10:51
Həsən Zeynalov: “Voleybolda qazandığımız uğur bizi futbola gətirdi”
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
"LANDAU Lions" amerikalı legionerlə güclənib
-
09:45
“Sabahın Ulduzları”nda dəyişiklik: "Şəfa" getdi, bu komanda gəldi
-
23:33
Ehtiram Quliyev: "Daha güclü "Turan Tovuz" görəcəyik"
-
23:00
Sxadadze: "Yeni mövsümə heç 70 faiz də hazır deyilik"
-
21:56
Ehtiram Quliyev: “Keçmişdə nələrin baş verdiyi haqqında düşünmürük”
-
20:27
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
-
20:08
"Turan Tovuz" 2 milyon dollarlıq tərəfdaşlıq müqaviləsi imzaladı
-
19:44
“Karvan-Yevlax”dan yeni transfer
-
18:31
Kluyvertin oğlu “Barselona”da debüt etdi
-
18:15
"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib
-
17:57
Zamiq Əliyev yenidən klubunun düşərgəsində
-
17:22
Azərbaycan atıcısı Avropa çempionatının finalına yüksəlib
-
17:00
“Kəpəz” moldovalı yarımmüdafiəçi transfer edib
-
16:43
Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
16:16
“Gəncə”dən yeni transfer
-
15:58
I Liqada 2026/2027 mövsümünün püşkü atıldı VİDEO
-
15:24
Yunuszadə Türkiyə klubunda
-
15:01
II Liqa klubunda yeni qapıçı
-
14:39
"Karvan-Yevlax" iki futbolçu ilə vidalaşıb
-
14:15
Bakıda dünya çempionatında AMADA-nın maarifləndirmə proqramı keçirilib
-
13:52
Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib
-
13:27
Xuraman Alimovanın yeni klubu bilindi
-
13:00
"Fiorentina" "Yuventus"un müdafiəçisini icarəyə götürdü
-
12:43
Ronaldo Azərbaycan klubundan ayrıldı
-
12:06
“Ayaks” Ter Ştegeni heyətinə qatdı
-
11:38
Miron Markeviç: "Qarabağ" mütləq məğlub etməli olduğumuz rəqibdir"
-
11:14
Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:29
"Real"ın hücumçusu İngiltərə klubunda
-
10:05
ABŞ klubu Axundzadənin müqaviləsindəki detalları açıqladı
-
09:47
“Yuventus” müdafiəçi transfer edir
05.08.2026
04.08.2026