5 Avqust 2026, Çərşənbə
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

“Araz-Naxçıvan” portuqaliyalı yarımmüdafiəçi transfer etdi

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Futbolxeber.az saytının məlumatına görə, Bernardo Oliveira Dias “Benny” 2024-2025-ci il mövsümünü “qırmızı-ağlar”ın heyətində keçirəcək.

27 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçi son olaraq vətənində “Uniao Torreense”nin formasını geyinib. Benny buna qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə,  Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31