4 May 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi
"Sumqayıt"dan hakimlərə etiraz

Ölkə futbolu

"Qarabağ" "Rəvan"la oyuna hazırlaşır

"Qarabağ" "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın XIV turunda "sarı-qırmızı"lı komandanı qəbul edəcək Ağdam təmsilçisi hazırlıqlarını tam heyətlə davam etdirmir. Milli oyunçulardan əskik çalışan komandada Rəşad Sadıqovla Admir Teli də komandadan ayrı düşüb. Sadıqov belindən, Admirsə barmağından aldığı zədənin bərpasıyla məşğuldur. Albaniya millisinə yollanmış Ansi Aqolli isə artıq geri dönüb və komandanın hazırlıqlarında iştirak edir. Yaranmış fasilədə yoxlama oyunu keçirməyən "Qarabağ" mövcud futbolçularla 2 tərəfli oyun keçirib. Suraxanıdakı məşq meydançasında baş tutan oyun 40 dəqiqlik 2 hissədən ibarət olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31