Ölkə futbolu
Milevskini "Qaziantepspor"a aparan həmyerlimiz: "Azərbaycanda maksimum qazanc 600 mindir"
Azərbaycanlı FİFA meneceri, Artyom Milevskinin "Qaziantepspor" klubuna keçidində vasitəçilik edən Kamil Məmmədov ua.tribuna.com saytına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, K.Məmmədov ilk öncə Milevski ilə tanışlığından söz açıb: "Bizim ümumi dostumuz var. O, Bakıdan olsa da, uzun müddətidir Kiyevdə yaşayır. Bu yay Artyom və onun yaxın dostu Denis Adleyba Bakıya gəldilər. Biz elə orada da tanış olduq. Həmin vaxt Ukrayna qəzetləri yazırdılar ki, Milevski Azərbaycan klubları ilə danışıqlar aparmağa yollanıb. Hətta onun adını Syominin rəhbərlik etdiyi "Qəbələ" ilə də yanaşı hallandırırdılar. Amma aydın məsələdir ki, orada hər hansı danışıqlar olmamışdı. Bu, onun səviyyəsinə uyğun çempionat deyil. Həm sərgilənən futbol, həm də maddi baxımdan. Həmin vaxt onunla tanış olmaq və klubdakı vəziyyətini müzakirə etməmək qeyri-mümkün idi. Mən Azərbaycandan ilk lisenziya almış menecerəm. Eləcə də Kiyev "Dinamo"sunun sadiq azarkeşiyəm. "Dinamo"ya sevgimin hardan yarandığını özüm də bilmirəm. Altı yaşımdan, hələ "ağ-qara" televizorların vaxtından bu klubun azarkeşiyəm. Halbuki Ukrayna ilə heç bir bağlılığm yoxdur".
K.Məmmədov qeyd edib ki, Milevski ilə bağlı Türkiyədə təkcə "Qaziantepspor"la deyil, bir neçə komanda ilə danışıqlar aparıb: "İtaliyada "Sampdoriya", "Verona" və "Sassuolo" ilə danışıqlar apardıq. Lakin orada transfer pəncərəsi sentyabrın 2-də bağlandı. Bundan sonra ümidimiz Türkiyəyə idi. Çünki yalnız orada transfer pəncərəsi sentyabrın 6-da bağlanırdı. Türkiyədə Milevskiyə böyük maraq vardı. Ona inanır, "Şevçenkodan sonra ən istedadlı ikinci ukraynalı futbolçu" gözü ilə baxırdılar. "Qaziantepspor"la yanaşı, "Trabzonspor", Roberto Karlosun çalışdırdığı "Sivasspor"la da danışıqlar aparırdıq".
Məmmədov Ukraynadan Azərbaycana gətirdiyi futbolçu və məşqçilərdən də söz açıb: "Hətta sizin federasiyanın indiki prezidenti - Konkovu da "İnter"ə mən gətirmişdim. 10 il əvvəl cavan və təcrübəsiz idim. Ukraynalı menecer İvan Maraçla əlaqə qurdum, o da mənə Konkovu məsləhət gördü. Ondan sonra "İnter"də qarışıqlıq yarandı ki, bu haqda xatırlamaq belə istəmirəm. Konkovdan sonra başqa ukraynalı gəldi, Valentin Xodukin. Hansı ki əla insandı və hələ də klubdakı fəaliyyətini davam etdirir. Onun gəlişi ilə "İnter" yüksəlişə keçdi. Daha sonra Valentin Belkeviçi gətirmək ideyası yarandı. Elxan Abdullayev Kiyevdə onunla birgə məşqçi kurslarında oxumuşdu. Onun vasitəsi ilə Belkeviçlə təmas qurdum. Həmin vaxt Belkeviç 8 ay yaşıl meydanlardan uzaq qalmışdı. Verpokovskiyə gəldikdə, ona müəyyən dərəcədə kömək etsəm də, Mariusu "Bakı"ya Aleksandr Starkovun özü gətirmişdi. Amma Starkov qəliz adamdı".
Sonda FİFA meneceri Azərbaycan futbolunda dövr edən pullardan da söz açıb: "Azərbaycanda futbolçu maksimum ildə 600 min avro qazanır. Təbii ki, bu, "Dinamo" və "Şaxtyor"la müqayisədə azdır. Amma yenə də 600 min yaxşı məbləğdir. Hazırda Azərbaycanda futbola dövlət səviyyəsində qayğı var. Bu təkcə klublara yox, həm də milli komandaya aiddir".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























