12 Oktyabr 2026, Bazar ertəsi
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Ölkə futbolu

Elmar Baxşıyev: "2 il əvvəllə müqayisədə “Fehervar” çox dəyişib"

“Fehervar” Macarıstanın tanınmış klublarındandır. Heyəti əsasən əcnəbilərdən qurulub. Ev oyununda yaxşı dəstəyə sahib olurlar. Macar azarkeşlər komandaya əla dəstək verirlər”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan Macarıstan təmsilçisi “Fehervar” 2 il əvvəl eyni turnirdə, eyni mərhələdə “Qəbələ” ilə üz-üzə gəlib. Həmin vaxt bölgə təmsilçisi Elmar Baxşıyevin rəhbərliyi altında səfərdə 1:4 uduzsa da, öz meydanında 2:1 hesablı qələbəyə sevindi. Lakin bu, mərhələ adlamaq üçün kifayət etmədi.

Elmar Baxşıyev qeyd edib ki, 2 il əvvəllə müqayisədə “Fehervar” çox dəyişib: “Biz oynadığımız “Fehervar”la indiki komanda arasında fərq böyükdür. Komandada ciddi dəyişikliklər olub. Həmin heyətdən komandada cəmi 2 futbolçu qalıb. Eləcə də baş məşqçi postunda dəyişiklik olub”.  

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31