Ölkə futbolu
Şahin Diniyev: "Heç kim istəməz ki, komandası autsayder olsun" (Müsahibə)
"Rəvan"ın baş məşqçisi Şahin Diniyevin Futbolxeber.az saytına müsahibə verib.
- Çempionatda yaranan fasilədən "Rəvan" necə istifadə etdi?
- Fasilədən yararlanaraq qısa müddətli təlim-məşq toplanışı keçdik. 13-17 noyabr tarixləri ərzində Mərdəkanda məskunlaşdıq. Gündə 2 dəfə məşq edirdik. Səhərlər dəniz kənarında hazırlıq keçirdik. Bu məşqlər fiziki hazırlığın yüksəldilməsinə hesablanmışdı. Axşamlar isə "Dalğa Arena"da məşq edirdik. Bu hazırlıqlar isə taktiki çalışmalara hesablanmışdı. Qısa müddətli təlim-məşq toplanışının yekunu olaraq, dünən yoxlama oyunu keçirdik. Hər biri 25 dəqiqədən ibarət olan 3 hissədə əvəzedicilərlə üz-üzə gəldik. Bu gün komandaya istirahət vermişik. Sabahdan isə sırf "Qarabağ"la oyunun hazırlıqlarına başlayacağıq.
- Bildiyim qədəri ilə əvvəldən əvəzedici heyətlə deyil, başqa bir komanda ilə qarşılaşmaq istəyirdiniz...
- Bəli, başqa rəqiblə qarşılaşmaq istəyirdik. Premyer Liqa klublarından biri ilə yoxlama oyunu keçirmək istəsək də, müraciət etdiyimiz hər 4 klubdan "yox" cavabı aldıq. Bunlar "İnter", "Sumqayıt", "Neftçi" və "Bakı" idi.
- Bəs, nəyə görə istəyiniz alınmadı?
- "İnter" və "Sumqayıt" artıq aralarında razılığa gəlmişdilər. "Neftçi"dən bildirdilər ki oyunçuları azdı. "Bakı" isə oynamaq istəmədi. "Simurq" hazırda Zaqataladadır. Yoxsa, onlarla da qarşılaşa bilərdik. Digər klublarla isə oynamağımız alınmırdı. Çünki qarşıdakı turlarda çempionatda məhz həmin komandalarla görüşəcəyik. Bu səbəbdən də əvəzedicilərlə görüşmək məcburiyyətində qaldıq.
- Bəzi məşqçilər çempionatda yaranan bu cür fasilələri yaxşı qarşılamırlar. Siz bu haqda hansı fikirdəsiniz?
- Elə komandalar var ki onların durumu idealdır. Təbii ki, o kollektivlərə istirahət sərf etmir. Çünki belə olan halda, komanda sanki relsdən çıxır. Bu, əsasən heyəti oturuşmuş klublara aiddir. Amma müəyyən problemləri olan komandalar fasilə sərf edir. İndiki məqamda fasilə bizim də xeyrimizə oldu. Ötən oyundan sonra da demişdim ki, komandamızda fiziki baxımdan çatışmazlıq var. Fasilədə də bu problemləri müəyyən dərəcədə həll etməyə çalışdıq.
- Qarşıdakı "Qarabağ"la oyun haqda nə düşünürsünüz? Adətən, Ağdam klubu millinin oyunlarından sonra ilk oyununda müəyyən problemlə qarşılaşır. Bu amil "Rəvan"ın xeyrinə ola bilər?
- Bu dəfə "Qarabağ"dan milliyə çox oyunçu getməyib. Səhv etmirəmsə, cəmi 2 futbolçudur və Estyoniya ilə oyunda da yalnız Maksim Medvedev meydana çıxmışdı. Buna görə də "Qarabağ"ın hər hansı bir problemlə üzləşəcəyini düşünmürəm. Rəqibin kifayət qədər güclü heyəti var. Bizi qarşıda çox çətin oyun gözləyir.
- Təyinatınızdan artıq bir müddət vaxt keçib. "Rəvan"ı meydana çıxardığınız 4 oyunda hələ də qələbə qazana bilməmisiniz. Bu nədən irəli gəlir? Çoxları xüsusən də sonuncu oyunda "siftə" edəcəyinizi gözləyirdi...
- Sizinlə razıyam. Amma onu da deyim ki "Sumqayıt" heç də zəif komanda deyil. 9 futbolçuları bugünkü gündə müxtəlif yığmalarda forma geyir. Xatırlayırsınızsa, hələ oyundan sonra demişdim ki bu, "Rəvan"dakı ən uğursuz oyunumdur. Həmin oyunda komandanın fiziki gücü tükənmişdi. Komanda üzvləri sanki yeriməkdə çətinlik çəkirdilər. Fiziki durum pis olanda isə hər hansı taktikadan danışmaq yersizdi. Dediklərimi təvazökarlıqdan uzaq sözlər hesab etməyin, amma mən gələndən sonra "Rəvan" heç də pis çıxış etmir. 4 oyunda 4 qol vurub, cəmi 6 dəfə məyus olmuşuq. Vaxt lazımdı. İnanıram ki, zamanla hər şey yoluna düşəcək.
- Razısınız ki, bugünkü gündə "Rəvan" "Sumqayıt"la birgə çempionatın aşkar autsayderidir?
- Bəli, razıyam. Çünki bütün məsələlərin başında fakt durur. Fakt da odur ki biz "Sumqayıt"la birgə hazırda digər komandalardan geri qalırıq. Amma bunu müvəqqəti hal hesab edirəm. Çünki qarşıda hələ çox oyun var. Ardıcıl 2-3 qələbə vəziyyəti dəyişə bilər. Heç kim istəməz ki, komandası autsayder olsun. Lakin bugünkü gündə bunu etiraf etməliyik. İnanıram ki tezliklə həm "Rəvan"ın, həm də "Sumqayıt"ın vəziyyəti yaxşılığa doğru dəyişəcək.
- Komandadan 6-7 futbolçunu göndərəcəyinizi demişdiniz. Aryıq həmin siyahını özünüz üçün müəyyənləşdirmisiniz?
- Qarşıda hələ 5 çempionat, 1 də kubok oyunu var. 6 oyun ərzində isə çox şey dəyişə bilər. Ola bilər hansısa futbolçu özünü yaxşı tərəfdən göstərsin və onu komandada saxlayım. Düzdür, indidən müəyyən axtarışlara başlamışıq. Lakin nəinki dəqiq adları, heç gücləndirəcəyimiz mövqeləri də dəqiq söyləmək olmaz. Hər şey qarşıdakı oyunlardan sonra bəlli olacaq. Ola bilər ki komandadan 7 yox, cəmi 2 futbolçu getsin. Amma yeni futbolçular mütləq olacaq. Özü də yeni futbolçular indikilərdən daha güclü olacaqlar. Bizə lider futbolçu lazımdı. Axtarıb, məhz belə oyunçuları da heyətə cəlb edəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























