31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Maksim Medvedevin oğlu da çempion oldu: “Daim atamın dəstəyini hiss etmişəm”

Bu gün U-13 liqasının finalında “Qarabağ”ın “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdiyi görüşün iştirakçıları arasında bu günlərdə karyerasını başa vuran Ağdam təmsilçisinin əsas komandasının kapitanı Maksim Medvedevin oğlu Miroslav da olub.

Futbolxeber.az saytına açıqlamasında Miroslav Medvedev komandasının çempionluğunu belə şərh edib: “Mən özümə və komandama inanırdım. Bilirdim ki, finalda qalib gələcəyik. Ola bilər topa nəzarətdə rəqibə uduzurduq. Lakin “Neftçi”dən fərqli olaraq biz komanda şəklində qalib gəlmək istəyirdik. Daha yaxşı, daha güclü komanda olduğumuz üçün çempionluğu qazandıq”.

13 yaşlı futbolçu özünü çox yaxşı hiss etdiyini söyləyib: “Təsəvvür belə edə bilməzdim ki, bu cür gözəl stadionda, bu cür yaxşı komanda ilə birgə kuboku başımın üzərinə qaldıracağam”.

M.Medvedev daim atasının dəstəyini hiss etdiyini vurğulayıb: “Mən istərdim ki, o, mənim əlavə məşqlərimə daha çox vaxt ayırsın. Düzdür, bu gün atam stadionda yoxdur. Lakin qalib gəldiyimizi bilir. Daim atamın dəstəyini hiss etmişəm”.

Fərəc ASLANOV








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31