Ölkə futbolu
“Albaniya ilə matçda nəticə ürəkaçan olmasa da, millinin oyun qane elədi”
Milli komandamızın keçmiş hücumçusu Rauf Əliyevin Futbolxeber.az saytına müsahibəsi
- Milli komandamızın Albaniyaya qarşı keçirdiyi yoxlama oyunu yəqin ki, izləmisiniz. 1:3 hesablı məğlubiyyəti necə şərh edərdiniz?
- Futbol tərəfindən götürəndə, uşaqlar yaxşı oynadılar. Epizodlar çox idi. Son vaxtlar millimizin izlədiyimiz ən yaxşı oyunlarından biri idi. Lakin rəqibin əks hücumlarında, vurulan qollarda səhvlər oldu. Nəticə ürəkaçan olmasa da, millinin oyun qane elədi.
- İllərdir yaxşı oynayıb, uduzuruq. Bəs yaxşı oynayıb, həm də udmaq üçün nə lazımdır?
- Qələbə qazanmaq üçün ilk növbədə qol vurmaq lazımdır. Qalib gələndə pis oynasan belə, heç kim heç nə demir. Həm də tarixdə nəticə qalır. Odur ki, nəticə vacibdir. Nəticə qazanmaq, qalib gəlmək üçün epizodlardan yaxşı istifadə etməlisən. Futbolçular bu barədə daha yaxşı fikirləşməlidirlər.
- De Byazinin gedişindən sonra millimizdə hansı dəyişiklik hiss edilir? Yaxud Arif Əsədovun gəlişi kollektivdə nəyi dəyişib?
- Milli elədir ki, çox dəyişiklik etmək olmur. Çünki komanda 3-4 gün bir yerə yığılır, sonra isə oyuna çıxır. Hər hansı məşqçinin yeni sistemi oturtması üçün zamana ehtiyac var. Albaniya ilə oyunda əvvəlki matçlarla müqayisədə müəyyən dəyişikliklər hiss olunurdu. Məsələn, ortada Aleksey İsayev oyunu aparırdı.
- Demək istəyirsiniz ki, Albaniya ilə oyun gələcəyə ümid verdi?
- Bəli, həqiqətən də Albaniya ilə oyun gələcəyə ümid verdi. Nəticə də olsa, azarkeşlər də razı qalacaq.
- Bir qədər də minifutboldan danışaq. Milli ilə birgə Monteneqroya təlim-məşq toplanışına yollansanız da, Avropa çempionatı üçün açıqlanan yekun heyətdən kənarda qaldınız...
- Düzünü desəm, Avropa çempionatı özümün marağında olmadı. O mənada ki, gördüm yox, çətindir. Çünki mən zədəyə görə futbolu atmışdım. Əvvəlcə fərqi hiss etmək istədim. Lakin gördüm ki, ağırdır. Həftədə 1 dəfə oynayanda ayağım şişir, dizim ağrıyır. Millidə isə hər gün məşq etmək lazımdır.
- Millimizin Avropa çempionatındakı uğursuzluğu barədə nə deyə bilərsiniz?
- Əlbəttə, hər kəs istəyirdi ki, uğurlu nəticə olsun. Komandamız ardıcıl ikinci dəfə Avropa çempionu adını qazansaydı, yaxşı olardı. Təəssüf ki, alınmadı. Hiss olunur ki, əvvəlki illərə baxanda artıq bütün komandalar bir-birini yaxşı tanıyır. Eləcə də qazaxlar millimizi yaxşı analiz etmişdilər. Baxımlı oynamasalar da, nəticə qazanmağı bacardılar. Penaltilərdə istəklərinə çatdılar.
- Son mövsüm siz də daxil olmaqla futbol millimizin sabiq üzvləri minifutbol üzrə ölkə çempionatında “İnter”in heyətində çıxış edirdi. Həmin komanda növbəti mövsümdə də fəaliyyətini davam etdirəcək?
- Hələ ki bu barədə hər hansı xəbər yoxdur. Çünki minifutbol üzrə ölkə çempionatı oktyabrın sonu, noyabrın əvvəlində start götürür. Ona qədər isə hələ var.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:53
Millimiz Andoraya qalib gəldi
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
25.10.2026
24.10.2026
23.10.2026
























