Ölkə futbolu
Kamran İsmayılov: “İnam itməmişdi, qorxu əmələ gəlməmişdi, amma narahatlıq var idi”
Yenidən Premyer Liqaya qayıdan “Şamaxı”nın idman direktoru Kamran İsmayılovun Futbolxeber.az saytına müsahibəsi
“Hər zaman komandamıza, gördüyümüz işə inanmışıq”
- İlk növbədə “Şamaxı”nın yenidən Premyer Liqaya qayıtması ilə bağlı təəssüratlarınızı öyrənmək istərdik.
- Premyer Liqaya geri dönməyimizə görə xoşbəxtik. Sevinirik ki, komanda bu mövsüm qarşısına qoyulan vəzifəni yerinə yetirə bildi. Xüsusi ilə diqqətə çatdırmaq istəyirəm ki, mövsümün əvvəlində, çempionatın gedişində, son oyundan öncə, bir sözlə, istənilən situasiyada həmişə qarşımıza məqsəd qoymuşduq ki, məhz birinci yeri tutub Premyer Liqaya vəsiqə qazanaq. Söhbət tək Premyer Liqaya yüksəlməkdən getmir. Qəti surətdə istəmirdik ki, hansısa komanda bizdən üst pillədə qərarlaşsın, lisenziya almasın və onun əvəzinə biz Premyer Liqaya yüksələk. Yaxud komanda sayı artırılsın, buna görə Premyer Liqaya qayıdaq. Xeyr, fikrimiz, məqsədimiz, vəzifəmiz sırf əsasnaməyə uyğun olaraq çempion kimi Premyer Liqaya yüksəlmək idi. Buna nail olduq. Heç kimin ixtiyarı yoxdur ki, “Şamaxı” barədə nəsə desin. Biz necə idman prinsiplərinə əsasən Premyer Liqadan düşmüşdüksə, yenidən də idman prinsipləri ilə Premyer Liqaya qayıtdıq. Biz buna layiqik.
- Mövsümün gedişində bir ara ilk üçlükdən kənarda qalmışdınız. Həmin vaxt məqsədə çatmamaq qorxusu, narahatçılığı var idimi?
- Mövsümün gedişində müxtəlif situasiyalar olub. Elə olub lider olmuşuq, elə olub dördüncü yerə düşmüşük. Sona 6 tur qalmış liderdən 7 xal geridə idik. Qorxu olmayıb. Ona görə ki, birincisi, bu, idmandır, idmanda təəssüf ki, qalib də olursan, məğlub da. Həm də qorxu ona görə yox idi ki, hər zaman komandamıza, gördüyümüz işə inanmışıq. O inamla da irəliləmişik. Narahatlıq bəli, niyə yalan danışım, məndə müəyyən situasiyalarda narahatlıq var idi. İnam itməmişdi, qorxu əmələ gəlməmişdi, amma narahatlıq var idi. O narahatlıqlar bizi səfərbər edirdi ki, toparlanaq, səhvlərimizi analiz edək. Çalışırdıq imkan daxilində o səhvləri düzəldək. Sonda istədiyimiz nəticəni əldə etdik. Yenə deyirəm, qorxu yox, amma şəxsən məndə vaxtaşırı narahatlıqlar olub.
- Necə düşünürsünüz, baş məşqçi dəyişikliyinin uğurlu sonluqda nə dərəcədə rolu oldu?
- Biz mövsümə Vüqar Əsgərli ilə başladıq. Birinci dövrədən sonra baş məşqçi postuna Ramiz Məmmədov gəldi. Hər iki məşqçimizə minnətdarlığımı bildirirəm. Bu nəticədə hər ikisinin böyük əməyi olub, damğası var. Vüqar müəllimin gördüyü işlər olmasaydı, Ramiz müəllimin dönəmində biz bu nəticəyə gəlib çıxmazdıq. Ramiz müəllim gördüyü işlər olmasaydı, Vüqar müəllimin gördüyü işlərin sonluğu olmazdı. Hansınınsa faydasının olmadığını demək düzgün deyil. Hər ikisinə minnətdaram. Onların əməyinin toplam nəticəsində “Şamaxı” Premyer Liqaya qayıtdı.
“Özümə fəxr bilirəm ki, belə insanlarla birlikdə iş qururam”
- Sizi daim iddialı klublarda görməyə öyrəşmişik. Uzun illər milli komandada, “İnter”də, “Bakı”da çalışmısız. Bu baxımdan Kamran İsmayılovun ötən mövsüm bitdikdən sonra “Şamaxı”da qalmağı bir qədər gözlənilməz oldu...
- Bir az tarixə varsaq, çalışdığım klublar arasında “Şəmkir”, “Neftçi” də olub. Amma açıq deyim, ən əsası bunu ürəkdən söyləyirəm, “Şamaxı”da olan aura, atmosfer, komandanın rəhbərliyinin həm bacarığı, həm qurduğu iş strukturu... Klubda elə bir fantastik atmosfer var ki, biz həqiqətən də bir ailəyik. Mənə bu komandada işləmək ləzzət edir. Özümə fəxr bilirəm ki, belə insanlarla birlikdə iş qururam. Mən “Şamaxı”nı bu səbəbə görə tərk etmək istəmirdim və istəmirəm də. Bəli, I Liqada ilk təcrübəm idi bu. Birincisi, I Liqada böyük bir təcrübə topladım. Burda çox şey öyrəndim. Buranın öz spesifikası var ki, bu da mənim xeyrimədir. Builki çempionat istər təşkilatı, istər komandaların səviyyəsi baxımından əvvəlki illərdəki I Liqadan qat-qat fərqlənirdi. Daha üstün, daha maraqlı, daha çətin çempionat alındı. Bu təcrübəni özüm üçün qazanc bilirəm. Hansı liqada oynamasından asılı olmayaraq, “Şamaxı” bir ailədir və mən bu ailənin bir üzvü olduğum üçün xoşbəxtəm.
- I Liqa ilə Premyer Liqanın səviyyəsi arasında fərq uçurum dərəcəsindədir, yoxsa daha az?
- İdman tərəfini götürsək, komandaların, futbolçuların, hakimlərin səviyyəsi arasında fərq var. Lakin uçurum demək olmaz. Ən azından özümüz də bu liqada oynamışıq. Elə deməyimiz bizimlə yanaşı, I Liqada oynayan komandalara, futbolçulara, məşqçilərə hörmətsizlik olar. Ona görə uçurum demərəm. Bununla belə, bəli, fərq var, özü də çox böyükdür. Amma təşkilatçılıq faciəvi deyil. Peşəkar Futbol Liqası əlində olan imkan daxilində çalışır ki, I Liqanın səviyyəsini qaldırsın. Təbii ki, Premyer Liqada istənilən ölkədə I Liqadan üstündür.
Klublar arasında bəli, fərq var. Elə klublar var ki, onlar səviyyəcə Premyer Liqaya daha yaxındır, elələri də var ki, onlarla aradakı fərqə uçurum demək olar.
İnfrastruktur baxımından da iki çempionat arasında fərqə uçuruma yaxın demək olar. Bu, əksər klublara aiddir və deyərdim ki, bu məqam çox böyük problemdir. Ümumilikdə çempionatın problemidir. O stadionlarda oynamaq, o paltardəyişmə otaqlarında soyunub-geyinmək istər-istəməz oyunlara da öz təsirini göstərir. Bu, faktdır.
Futbolçular, komandalar, hakimlik – bu baxımdan da fərq böyükdür. Prinsipiallıq, komandaların vuruşması, çətin oyunlar və s. Premyer Liqadakı kimidir. I Liqada da rahat qalib gəldiyin oyunlar yox dərəcəsindədir. Müəyyən qədər hakimliyin səviyyəsi aşağıdır.
“Bu strategiyanı heç kim qarşımızda şərt qoymayıb”
- Bir qədər də “Şamaxı”nın gələcək planlarından danışaq. İndiki məqamda azarkeşləri daha çox 2 sual düşündür. Əvvəlcə baş məşqi məsələsi. Ramiz Məmmədov Premyer Liqada da vəzifəsinə davam edəcək?
- Mövsüm yeni bitib. İndiki məqamda hamımız bir balaca dincəlmək istəyirik. Rəhbərliklə görüş olacaq. Orda çox suallar müzakirə ediləcək. Qərarlar qəbul olunandan sonra həyata keçirəcəyik. İndi bu suala konkret cavab yoxdur.
- Və təbii ki, komandaya yeni mövsüm üçün legionerlərin cəlb olunması nəzərdə tutulubmu?
- Bildiyiniz kimi, klubun bəlli strategiyası var. Yalnız yerli futbolçularla oynayırıq. Bu məqama Premyer Liqada da, I Liqada da riayət elədik. Lakin bu strategiyanı heç kim qarşımızda şərt qoymayıb, heç kim bizi buna məcbur etməyib, edə də bilməz. Klub rəhbərliyinin qərarı idi. Demirəm sabah, demirəm yarım ildən sonra, demirəm 10 ildən sonra, lakin istənilən vaxt rəhbərliyin müəyyən analizlər apardıqdan sonra strategiyanı dəyişməyə ixtiyarı çatır. Bu günə olan qərar hələ ki azərbaycanlılarla davam etməkdir. Amma dediyim toplantıda bu mövzu da müzakirə olunacaq. Strategiyanın dəyişib-dəyişməyəcəyi barədə nəsə deməyə hazır deyiləm. Bu günə olan strategiya ancaq azərbaycanlılarla oynamaqdır. Amma bu o demək deyil ki, həmişə belə olacaq.
- Necə düşünürsüz, yenidən Premyer Liqadan düşməmək üçün “Şamaxı” qarşıdakı mövsümdə əvvəlki təcrübə ilə müqayisədə hansı səhvləri təkrarlamamalıdır, nələri dəyişməlidir?
- Bu barədə müzakirə olub, yenə də müzakirə edəcəyik. İndi yox, I Liqaya düşəndən sonra bu barədə müzakirə aparmışıq. Keçən il müəyyən səhvlərimiz olub, onları açıqlamaq etik normaya uyğun deyil. Çünki bu, klubdaxili məsələlərdir. Səhvlərimizi görürük, bilirik, analiz edirik və çalışacağıq, gələcəkdə əlimizdən gələni edəcəyik ki, o səhvlər təkrarlanmasın və yeni səhvlər də buraxmayaq. Ancaq səhv yalnız iş olmayan yerdə olmur. Biz isə çalışırıq nəsə edək. Bir iş görülürsə, müəyyən səhvlər olacaq. Ona görə çalışacağıq köhnə səhvləri təkrarlamadan minimum səhv buraxaq.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
-
23:42
Basketbol millilərimiz yarımfinalda
-
22:13
"Şamaxı"nın məşqçilər korpusu müəyyənləşdi
-
21:28
Azərbaycan avarçəkənləri Dünya Kubokunda bürünc medal qazanıblar
-
20:54
Ölkə çempionatına yekun vurulub, Nazim Babayev karyerasını bitirib
-
20:31
Azərbaycan millisi dünya çempionu oldu
-
20:00
Yuri Vernidub: “Fikrimcə, hazırda ən güclü heyət...”
-
13:47
"Şəfa"da yeni müqavilə
-
13:19
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:26
Montella: “Komandada həyəcan var”
-
11:05
“Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
-
10:32
"Neftçi"nin futbolçusunun toyu oldu VİDEO
-
10:13
ABŞ - Paraqvay matçında 5 qol VİDEO
-
09:48
96 illik həsrətin sonu
-
07:20
DÇ-2026: ABŞ millisindən əla start
-
01:51
DÇ-2026: Kone ən yaxşı seçildi
-
01:34
Kanada millisinin baş məşqçisi: "Aqressiv oynamırdıq"
-
01:19
Kanada millisindən tarixi nəticə
-
00:57
DÇ-2026-da ilk heç-heçə qeydə alındı
-
21:56
“Yuventus” sabiq müdafiəçisini geri qaytarmaq istəyir
-
20:27
Onana “Mançester Yunayted”də qalacaq
-
20:00
DÇ-2026: Türkiyə ilə oyundan əvvəl yeni müqavilə
-
19:11
Qusarın icra başçısı Füzuli Məmmədov və köməkçilərini qəbul etdi
-
18:38
“Turan Tovuz”la bağlı 11 klub CAS-a müraciət etdi
-
18:09
Klub nümayəndələri ilə növbəti mövsümün planlarını müzakirə edilib
-
17:54
Fransa klubunda 33 yaşlı baş məşqçi
-
17:42
Sergey Yuranın yeni iş yeri müəyyənləşdi
-
17:23
“Real” italiyalı futbolçu ilə danışıqlara başladı
-
16:35
“Roma”nın yarımmüdafiəçisi “Arsenal”ın hədəfində
-
16:17
"Gəncə" serb legionerlə gücləndi
-
16:00
Azərbaycan kanoeçisi Avropa çempionu olub
-
15:41
“Qəbələ”nin yetirməsi “Şahdağ Qusar”da
-
15:28
“Karvan-Yevlax” daha bir legionerlə vidalaşdı
-
14:52
“O, “Real”a heç 500 milyona avroya da getməyəcək”
-
14:16
Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
-
13:34
DÇ-2026-da faciə: alman azarkeş vəfat etdi
-
13:09
Şahin Diniyev: “Cənubi Koreya Meksikadan daha baxımlı oyun sərgilədi”
-
12:43
"Sumqayıt"da itki - 6-9 ay oynamayacaq
-
12:15
“Şəfa”dan növbəti transfer
-
11:50
Bu “lənət” Argentinanın dünya çempionluğuna imkan verməyəcək
-
11:27
Cənubi Koreya millisi “ənənə”ni davam etdirdi
-
10:31
Oblak karyerasını İtaliyada davam etdirə bilər
-
09:48
Cənubi Koreya – Çexiya VİDEO
-
08:12
Cənubi Koreya - Çexiya matçının ən yaxşısı o seçildi
-
07:56
DÇ-2026: Cənubi Koreya millisindən əzmkar qələbə
-
01:24
Dünya çempionatları tarixində 6-cı ən gənc futbolçu oldu
-
01:03
DÇ-2026 start götürdü: 2 qol, 3 qırmızı vərəqə, Meksikanın qələbəsi
-
00:19
DÇ-2026: İlk qırmızı vərəqə göstərildi
-
23:58
Klublara lisenziyalar təqdim olunub
-
23:42
CAR millisinin baş məşqçisi dünya çempionatlarının tarixinə necə düşdü?
-
23:27
DÇ-2026-nın açılışı FOTOLENT
13.06.2026
12.06.2026
11.06.2026























