Ölkə futbolu
Qaş düzəldən yerdə vurub göz çıxarmaq
Mayın 15-də Futbolxeber.az saytında yer alan “Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər” başlıqlı xəbər aydın səmada şimşək effekti yaratdı. Kimisi bu xəbəri alqışladı, kimisi də gecikmiş adlandırdı.
Az sonra AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan Premyer Liqasının son iki turunda VAR-da əcnəbi hakimlərin olacağını təsdiqlədi. O, bununla bağlı “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində danışdı.
S.Hacıyev bildirdi ki, avrokuboklar zonasında gərgin mübarizənin getdiyini nəzərə alaraq AFFA bu cür addım atıb: “Artıq bu həftə 1 və ya 2 oyunda VAR hakimləri əcnəbi olacaq. Bunun da matçlara müsbət təsir edəcəyini düşünürəm”.
Şənbə günü isə məlum oldu ki, maraqla gözlənilən 3 oyundan yalnız 2-də VAR-da əcnəbi hakimin xidmətindən istifadə ediləcək. Belə ki, “Sabah” - “Sumqayıt” matçında belçikalı Natan Verbumen, “Səbail” - “Neftçi” görüşündə isə italiyalı Devid Qersini iş başında olacaq.
Avrokuboklara vəsiqə qazanmaq baxımından əhəmiyyət daşıyan üçüncü qarşılaşmada - “Kəpəz” - “Zirə” görüşündə isə VAR-da Elçin Məsiyev yer alacaq.
Düzdür, yuxarıda qeyd etdiyimiz kimi, Sərxan Hacıyev əvvəldən heç də bütün matçlarda əcnəbi hakimlərin yer almayacağının anonsunu vermişdi. Odur ki, “Kəpəz” - “Zirə” oyununda niyə VAR-da əcnəbi hakim yer almamışdı?” sualına asanlıqla “Biz əvvəldən 1 və ya 2 oyunda əcnəbi hakimin xidmətindən istifadə ediləcəyini bildirmişdik” cavabını verə bilər. Lakin istənilən halda, bu, düzgün qərar deyil. Çünki məsələ hakimlərlə bağlı yaranan narazılığın qarşısını almaqdısa, hər 3 matçda VAR-da əcnəbi hakim yer almalı idi. Necə deyərlər, ya hamısında olmalı idi, ya da heç birində.
Hakimlər Komitəsinin 3 deyil, yalnız 2 oyunda VAR-da əcnəbi hakimin xidmətindən istifadə etməsi barədə qərarına narazılıqlar özünü çox gözlətmədi.
Belə ki, əcnəbi VAR hakiminin təyinat almadığı “Kəpəz” - “Zirə” matçının 49-cu dəqiqəsində bu epizodun
davamında Salifu Sumanın vurduğu qol hesaba alındı ki, VAR-da oturan Elçin Məsiyevin bu qərarı heç də birmənalı qarşılanmadı.
Çox keçmədən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov da hər 3 oyunda VAR-la əcnəbi hakimlərin olmaması ilə bağlı qərara etiraz etdi. “Sabah”la görüşdən sonra o, etirazını açıq-aşkar bildirdi: “Üç oyunun ikisinə xaricdən VAR hakimi gəldi, birinə yerli hakim verdilər ki, Tovuz uzaqdır. Bizi niyə Tovuza göndərirsiz bəs? "Sumqayıt"ı "dartırlar" və s. Bunun axırı var idi də. Biz bilirdik. Amma bu gün hakimə görə uduzmadıq. Hakim məsələsini atın kənara, hər şey bəllidir”.
Göründüyü kimi, AFFA Hakimlər Komitəsinin son 2 turda əcnəbi VAR hakimləri ilə bağlı qəbul etdiyi qərar qaş düzəldən yerdə vurub göz çıxarmaq təsiri bağışlayır.
Bu məsələdə ikinci maraqlı məqam odur ki, AFFA Hakimlər Komitəsi son 2 turda VAR-da əcnəbi hakimlərin xidmətindən yararlanmaq barədə qərarı İcraiyyə Komitəsinin razılığı olmadan qəbul edib. “Turan Tovuz”la oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əcnəbi VAR hakimlərinin dəvət olunmasının üzvü olduğu AFFA İcraiyyə Komitəsinin sonuncu iclasında müzakirə edilib-edilməməsi barədə suala cavabında bildirdi ki, “Komitədə yalnız ictimaiyyətə açıqlanan məsələlər müzakirə edilib”.

Ardınca isə təcrübəli mütəxəssis bu qərarı xoş qarşılamadığını söylədi: “Hamı öz sahəsində aktiv olmağa çalışmalıdır. Bu gün şansımız varsa ki, daha yaxşı olmalıyıq. Səhvlər olur, bilmirəm VAR nə qədər qəlizdir. Amma əgər bir insanın, hakimin işi qərar verməkdirsə və bundan narazılıq olacaqsa, hakim bu qərarı verməsə, yaxşı olar. Referilərimiz yəqin ki, bundan sonra daha məsuliyyətli çalışarlar. Cavan kadrlardır. Əslində bu təcrübə digər ölkələrdə də var. Əliyar Ağayev Yunanıstana gedir. Bu, yaxşıdır. Demək güvənirlər. Yerli hakimlərimiz yəqin ki, gələcək çempionat üçün kiməsə şans verməzlər. Baxmayaraq ki, hər sahədə legioner olur, amma hakimlikdə yerli olmalıdır”.
Belədə ortaya maraqlı sual çıxır: AFFA Hakimlər Komitəsinin rəhbəri Barış Şimşək bu qərarı özbaşına qəbul edib?
Çünki Qurban Qurbanovun yuxarıda yer alan açıqlamasından məlum olur ki, bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə edilməyib. Peşəkar Futbol Liqası isə artıq uzun müddətdir Hakimlər Komitəsinin işinə qarışmır.
Fikrimizcə, B.Şimşək belə məsul qərarı özbaşına qəbul edə bilməz. Belədə yeganə ehtimal AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevdir. Çünki hər nə qədər özü etiraf etməsə də, daha əvvəl də yazdığımız kimi, Barış Şimşək Sərxan Hacıyevin layihəsidir. Türkiyəli komitə sədrini Azərbaycana S.Hacıyev dəvət edib. Məhz bu məqama əsasən ehtimal etmək olar ki, Barış Şimşək əcnəbi hakimləri təkbaşına deyil, Sərxan Hacıyevin razılığından sonra Premyer Liqamıza dəvət edib. Əslində icraçı vitse-prezidentə bu barədə sual ünvanlamaq çətin iş deyil. Sadəcə təəssüf ki, son günlər Sərxan bəy idman mediasından uzaq gəzir. Daha doğrusu, yazılı mediadan. Çünki mayın 14-də, minifutbol üzrə Azərbaycan çempionatının mükafatlandırma mərasimindən sonra yazılı media nümayəndələri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevdən açıqlama almaq istəsələr də, qurumun mətbuat katibi Elnur Məmmədli rəhbər şəxsin danışmaq istəmədiyini söyləmişdi. Maraqlıdır ki, “danışmaq istəməyən” Sərxan Hacıyev ertəsi günü “CBC Sport”da qonaq idi...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
09:20
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxır
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
29.10.2026
28.10.2026
























