22 Oktyabr 2025, Çərşənbə
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi
“Qarabağ” İspaniyaya yollandı

Ölkə futbolu

Abu Dosso: “Sumqayıt”ın potensialı avrokuboklarda oynamağa imkan verir”

“Qarabağ”la matç bizim üçün çox vacib idi. Həmin görüşdə çətinliklə də olsa qələbə qazandıq. Buna görə çox xoşbəxtik. Artıq bütün diqqətimizi “Kəpəz”lə matça yönəltmişik. İnanıram ki, uğurlu çıxışımızı davam etdirə biləcəyik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın müdafiəçisi Abu Dosso deyib.

28 yaşlı futbolçu hazırda turnir cədvəlinə bir o qədər də fikir vermədiklərini bildirib: “Turnir cədvəlində ikinci pillədə qərarlaşmışıq. Lakin bu barədə çox düşünmürük. Hər dəfə oyundan-oyuna köklənirik. Odur ki, hazırda yalnız “Kəpəz”lə görüşü düşünürük. Ümumilikdə isə özümüzə inanırıq. “Sumqayıt”ın potensialı avrokuboklarda oynamağa imkan verir. İnanıram ki, bu vəzifənin öhdəsindən gələ biləcəyik”.

Fil Dişi Sahilindən olan müdafiəçi sumqayıtlı azarkeşlərdən razılığını ifadə edib: “Bura gəldiyim ilk gündən azarkeşlərin dəstəyini hiss etmişəm. Son matçda isə onlar möhtəşəm idilər. “Qarabağ”la matça həqiqətən də bizə inanılmaz dəstək oldular. İnanıram ki, mövsümün son matçlarında da yanımızda olacaqlar”.

Fərəc ASLANOV

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31