Ölkə futbolu
Arif Əsədov: “Komanda istədiyimin 70-80 faizini yerinə yetirirdi”
Azərbaycan millisinin baş məşqçisi Arif Əsədov "FIFA series - Edition 2024" layihəsi çərçivəsində bu gün Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib: “Maraqlı oyun oldu. Hər iki komanda yaxşı oynadı. Komandam bu oyuna çox istəkli çıxmışdı. Əzmkar oyun göstərdilər. Sona qədər qələbə qazanmaq haqda düşünürdük. Ani vəziyyətdə qol buraxdıq. Sonradan etdiyimiz əvəzetmələr oyunumuzu daha da gücləndirdi. Qol vurduq və bir neçə 100 faizli imkanlarımız var idi. Komanda istədiyimin 70-80 faizini yerinə yetirirdi. Birinci oyunda olduğu kimi qol epizodlarından istifadə edə bilməməyimiz öz sözünü dedi.
- Hakimlikdən razı qaldınız?
- Bu haqda danışmaq istəmirəm. Hiss olunur ki, bəzi epizodlarda əleyhimizə qərarlar verirdi. Bu da komandamızı bərkidir. Komanda buna hazır olmalıdır ki, psixoloji baxımdan inkişaf edək.
- Millidə məğlub olmayaraq komandanı tərk edən baş məşqçi olmaq istəyirsiniz, yoxsa uduzsanız da, yolunuza davam etməyi fikirləşirsiniz?
- Elə sualdır ki... Tarixə düşmək yaxşıdır. Amma oyunlara bu yöndən yanaşmırıq. Qısa müddətdə istədiyimi futbolçulara çatdırmağa çalışdım. Gələcəyə ümid verdik ki, oyunumuzu daha da inkişaf etdirə bilərik. Yeni oyunçular da özlərini yaxşı tərəfdən göstərdilər. Komandada rəqabət olarsa, inkişaf görəcəyik. Təəssüf ki, Vüsal İsgəndərli dünənki məşqdə zədələndi. Onu da Emil kimi bu oyunda da yoxlamaq niyyətindəydik. Məncə, özü haqda yaxşı təəssürat yaratdı. Bu futbolçuları milliyə cəlb etmək lazımdır.
- Bu iki oyunda hücumlarımız çox oldu. Amma epizodlardan istifadə edə bilmirdik...
- Məşqlərdə işləyirdik ki, rəqibi pressinqdə saxlayaq. Əks-hücumlarımız da yaxşı alınırdı. Epizodları reallaşdırmağa gəldikdə, futbolçularımızı günahlandırmaq istəməzdim. Hücumdakı oyunçularımız hələ o formada deyil. Sevindirici haldır ki, Musa meydana girib qol vurdu. Klubuna qayıdanda ruh yüksəkliyi olacaq. Ramil Şeydayev "Qarabağ"dakı kimi deyil, amma əlindən gələni etdi. Renat Dadaşova gəldikdə, o da aktiv idi, qol duyumunu itirib. Musaya demişdim ki, cərimə meydançasının içində ol, o da bunu edib qol vurdu.
- Sonradan meydana daxil olanlar daha əzmkar oyun nümayiş etdirdi. Ceyhun Nuriyev və Emil Mustafayevdən razı qaldınız?
- Əsas heyətdə meydana çıxanlardan taktiki baxımdan razı qaldım. Vacib olan intizamı pozmamaq idi. Komandamdan birinci hissədə bunu gördüm. Pressinq edirdik. Komanda tapşırıqları yaxşı yerinə yetirdi. Hazırlıq durumundan da çox şey asılıdır. Emil Mustafayevi götürsək, öz klubunda daim əsas heyətdə oynamır. Onun gücündən sonradan meydana buraxaraq istifadə etmək istəyirdik. Ceyhun Nuriyevi də sonradan meydana daxil etdik ki, hücum planında kömək olsun. Filip Ozobiçi də meydana buraxdıq. Risk edərək hücumu gücləndirdik. Sevindirici hal odur ki, son saniyədə komanda ikinci qolu da vurmaq istəyirdi.
- Adətən köməkçi məşqçi olmusunuz. Bu dəfə isə əsas baş məşqçi idiniz. Bu iki görüşlərdə daha çox kiminlə məsləhətləşirdiniz?
- Yanımda üç köməkçim var: Kamran Ağayev, Füzuli Məmmədov və İlham Yadullayev. Hamısından razıyam. Qısa müddətdə yaxşı işlər gördük. Məşqçilər korpusumuz kiçik idi, amma 10 nəfərin əvəzini verdik. Hər gün yığışıb, rəqiblərimizi analiz edirdik.
- Sosial şəbəkələrdə millini oyununa görə tərifləyirlər. Amma azarkeşlər Renat Dadaşov və Ramil Şeydayevdən narazıdırlar...
- Təbii ki, bizim azarkeşlər rəqibdən asılı olmayaraq dominantlıq etməyimizi xoşlayırlar. Çalışdım ki, bu oyunlarda futbolçu resurslarından istifadə edim. Bizim futbolçular topla oynamağı, hücum etməyi sevir, nəinki müdafiə olunmağı. Çalışırdıq ki, hücumda oynayaq, müdafiəni də rəqibin zonasında quraq ki, müdafiədə problemlər olmasın. Futbolçular da bunun öhdəsindən gəldi.
- Emin Mahmudovu hər iki matçda əvəzlədiniz. Tam hazır deyil, yoxsa taktiki gediş idi?
- İlk növbədə Eminin zədəsi ilə bağlı idi. Ona minnətdaram ki, toplanışa zədəli-zədəli gəlmişdi. Monqolustanla görüşdə oynatmaq istəmirdim. Amma kapitan kimi bildirdi ki, oynamaq istəyirəm. Oyunun gedişindən də görünürdü ki, sərtlik çox idi. Mərkəzdə mübarizələr çox idi. Hiss edirdim ki, Eminin ayağında ağrılar var və buna görə onu qoruduq.
- Elvin Cəfərquliyevin oyundan sonra hakimi təhqir etməsi hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələdir. Qurban Qurbanovla və ya Elvinin özü ilə danışıb, ona psixoloji dəstək vermək istəyirsiniz?
- Son zamanlar Elvində bir az gərginlik var, psixoloji əsəbilikdir. Mənə elə gəlir ki, bu, "Qarabağ"ın "Bayer" və "Braqa" ilə görüşlərdəki qırmızı vərəqələri ilə bağlıdır. Hiss olunur ki, həmin görüşlərdəki qırmızı vərəqələr ona psixoloji sarıdan təsir edib və bundan çıxa bilməyib. Oyundan öncə futbolçulara bildiririk ki, nələrə daha çox diqqət etməliyik. O da intizam qaydalarıdır. Məsələn, Belçika ilə matçda 10 nəfərlə qalmışdıq. Onsuz da belə komandalara qarşı oynamaq çətin idi. Azlıqda olanda isə səhvlərimiz daha çox görünür. Getdikcə Elvin psixoloji gərginlikdən çıxacaq və həm millidə, həm də Qurban Qurbanovun istədiyi amillərə diqqət edəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























