Ölkə futbolu
“Düşünmürəm ki, bolqarlarla oyunda bu qədər qol epizodumuz olacaq”
Milli komandamızın və Türkiyənin “Ümraniyespor” klubunun yarımmüdafiəçisi Coşqun Diniyevin Futbolxeber.az saytına müsahibəsi
- “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustan üzərində qazanılan 1:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Oyun haqda çox şey danışmaq olar. Xalqımız və siz jurnalistlər bizdən böyükhesablı qələbə gözləyirdiniz. Açığı, elə biz də bunu gözləyirdik. Qələbə üçün əlimizdən gələni etdik. Sadəcə hücumda dişsiz idik. Şanssızlıq da oldu. 3-4 topumuz dirəkdən döndü. Matçın taleyini daha tez həll etməliydik. Yekunda yalnız sonda qələbə qolunu vura bildik.
- Demək olar ki, qələbənin çətinliklə əldə olunmasında erkən qol vurmamağınız böyük rol oynadı?
- Belə rəqiblərə qol vurmayanda müqavimətləri artır. Daha inamla müdafiə olunurlar. İlk hissədə hesabı açsaydıq, nəticə də, oyunun gedişatı da tam fərqli olardı.
- Sona yaxın qələbəyə inamınız qalmışdı, yoxsa artıq qolsuz bərabərliklə barışmışdınız?
- Mən meydandan çıxanda matçın bitməyinə 6-7 dəqiqə qalırdı. Bununla belə, inam hiss var idi ki, fərqlənəcəyik. Xüsusən də standart vəziyyətlərə ümidli idim. Belə də oldu. Məhz künc zərbəsindən sonra qələbə qolunu vura bildik.
- Bolqarıstanla oyundan nə gözləmək olar?
- Hər rəqibə qarşı oyun fərqli olur. Düşünmürəm ki, bolqarlarla oyunda bu qədər qol epizodumuz olacaq. Bugünkü matçda monqollarla görüşlə müqayisədə daha artığını nümayiş etdirməliyik ki, daha yaxşı nəticə qazanaq.
- Klubda işləriniz necə gedir? Qış fasiləsindən sonra 4 matçda start heyətində yer almamağınız nə ilə bağlı idi?
- Klubla aramızda bəzi problemlər var idi. Onlar müqaviləmin müddətinin artırılmasını istəyirdilər. Mən isə bundan imtina etmişdim. Buna görə də cəzaya məruz qalmışdım. Yavaş-yavaş problemi yoluna qoymağa çalışırıq.
- Bildiyimiz qədər, “Ümraniyespor” bir neçə ayın maaşını sizə ödəməmişdi...
- Məhz borclu olduqlarına görə FİFA-ya şikayət etməyə hazırlaşırdım. Klub rəhbərliyi bundan xəbər tutdu. Sənədləri FİFA-ya göndərməyimə 1 gün qalmış 5 ayın maaşını ödədilər.
- “Ümraniyespor”la müqavilənizin müddəti mövsümün sonunda bitir?
- Müqavilə mayın sonunda bitir. Amma sözləşmə 1+1-dir. Yəni hər iki tərəfdən razılıq olsa, 2025-ci ilin iyununa kimi artırıla bilər. Dediyim kimi, onlar indidən müddətin artırılmasını istəyirlər. Mən isə hələ qərar qəbul etməmişəm.
- Mövsümün əvvəlində “Ümraniyespor”un qarşısına Superliqaya qayıtmaq vəzifəsi qoyulmuşdu. Belə görünür ki, bu, reallaşmayacaq. Çünki hazırda pley-off matçlarına qatılmağınız çətin görünür. Bu məqam “Ümraniyespor”da qalmaq istəməməyinizə nə dərəcə təsir etdi?
- Reallığı nəzərə alsaq, bəli, nəinki Superliqaya qayıtmaq, hətta ilk yeddiliyə düşüb, pley-off matçlarına qatılmağınız da çətin görünür. Digər tərəfdən də 29 yaşım var. İşin maddi tərəfini də düşünməliyəm. Mövsümün ilk yarısında “6 nömrə” mövqeyində çıxış edərək 3 qol, 3 assistlə diqqətləri çəkmişəm. Yaxşı təkliflər var.
- Hələ qış fasiləsində “Kocaelispor” daxil olmaqla bir neçə klubun sizlə maraqlandığı deyilirdi. İndi bu baxımdan vəziyyət necədir və maraqlanan klublar arasında Superliqadan olanı var?
- Xeyr. Hazırda üç klubdan təklif var, üçü də birinci liqa təmsilçiləridir. “Ümraniyespor”da da qalmaq ehtimalım mövcuddur. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək.
- Həmin 3 klubun necə, arasında Superliqaya yüksəlmək ehtimalı olan var?
- İkisinin yox, amma birinin Superliqaya yüksəlmək şansı var.
- Azərbaycan Premyer Liqasının oyunlarını izləmək imkanınız olur?
- Boş vaxt olanda izləyirəm. Ancaq “Səbail”in oyunlarına imkan düşdükcə baxıram.
- “Səbail” necə təsir bağışlayır?
- Vallah atamdır deyə demək istəmirəm, amma yaxşı heyət qurub. Sadəcə futbolçular bir oyun istəklə çıxış edirlər, digər oyunda fərqli təsir bağışlayırlar. Stabillik düzəlsə, daha yaxşı nəticələr əldə edə bilərlər. Həm özünüz də bilirsiniz ki, 2-8-ci yerlə arasında xal fərqi çox azdır. Bir oyun hər şeyi dəyişir.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























