Ölkə futbolu
Yaşar Seyidov: “Yeni dövlət proqramı futbolun inkişafına zəmin yaradacaq”
Uzun illər Azərbaycan futbolunda rəhbər şəxslərdən olmuş, 2 dəfə AFFA İcraiyyə Komitəsinə üzv seçilmiş, hazırda II Liqada mübarizə aparan “Dinamo”ya rəhbərlik edən Yaşar Seyidovun Futbolxeber.az saytına müsahibəsi
- “Dinamo” ikinci dövrəyə qələbə ilə başladı. “Şəmkir” üzərində əldə olunan 3:2 hesablı qələbəni necə şərh edərdiniz?
- İlk növbədə bütün “Dinamo”sevərləri qələbə münasibəti ilə təbrik edirəm. Maraqlı, gərgin oyun alındı. Xoşdur ki, komandamız görüşü qələbə ilə başa vurdu. İnanıram ki, bu gənc və perspektivli futbolçularımız bizi qarşıdakı oyunlarda da qələbələri ilə sevindirəcəklər.
- “Dinamo” qış fasiləsindən necə yararlandı?
- Fasilədə komanda intensiv hazırlıq keçdi. Heyətdə müəyyən qədər dəyişikliklər oldu. Komandadan bir sıra futbolçular getdi, eləcə də yeni gələnlər oldu. Ümumiləşdirsək, demək olar ki, ikinci dövrəyə hazırıq.
- Keçmiş FİFA referisi Tahir Süleymanov İcraiyyə Komitəsinin üzvü olduğunuz Bakı Futbol Federasiyasının yeni prezidenti seçildi. Bu seçimlə bağlı fikirləriniz maraqlıdır.
- 10 ildir Bakı Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvüyəm. Fürsətdən istifadə edib saytınız vasitəsi ilə Azərbaycanın dəyərli futbol adamı Tahir Süleymanovu təbrik edirəm. Tahir müəllim FİFA referisi kimi uzun illər Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edib. İnanıram ki, onun rəhbər seçilməsindən sonra Bakı Futbol Federasiyasının fəaliyyətində dönüş olacaq. Futbolumuza xeyirli-uğurlu olsun.
- Rövnəq Abdullayev bu günlərdə yenidən AFFA prezidentiliyinə namizəd olmayacağını açıqladı. Bu qərarı necə qiymətləndirirsiniz?
- Rövnəq müəllim Azərbaycan futbolu üçün çox böyük işlər görüb. Heç kəs bunu dana bilməz. Onun AFFA-ya rəhbərlik etdiyi illərdə milli komandalar üçün təlim-məşq bazaları, Bakı Olimpiya Stadionu, “Neftçi arena” kimi stadionlar inşa edildi. Eləcə də ölkəmizin müxtəlif rayon və şəhərlərində 20-yə qədər meydança istifadəyə verildi. 2012-ci ildə müsəlman ölkələr arasında ilk dəfə Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı, Bakıda UEFA Avropa Liqasının finalı keçirildi. Eləcə də paytaxtımız AVRO-2020-nin 4 oyununa ev sahibliyi etdi. Bütün bunlar məhz Rövnəq müəllimin Azərbaycan futboluna rəhbərlik etdiyi illərdə baş verdi və əminliklə demək olar ki, o, kifayət qədər müsbət işlər görüb. Ola bilər milli səviyyəsində ciddi uğur qazanılmayıb. Amma istənilən halda Rövnəq Abdullayevin AFFA rəhbəri kimi fəaliyyətini yüksək qiymətləndirirəm.
- Siz uzun illər Azərbaycan futboluna rəhbərlik edən şəxslərdən biri olmusuz. Eləcə də 2 dəfə AFFA İcraiyyə Komitəsinə üzv seçilmisiniz. Azərbaycan futbolundakı yeni mərhələ ilə bağlı gözlətiləriniz nədir?
- İlk öncə yeni seçiləcək AFFA prezidentinə uğurlar arzulayıram. Bayaq da dediyim kimi, futbolun inkişafı üçün infrastruktur baxımından müəyyən işlər görülüb. İndi bunun davamını gözləməliyik. İnanıram ki, tezliklə futbolun inkişafı ilə bağlı yeni dövlət proqramı qəbul olunacaq. Futbolumuzun inkişafı üçün bu, mütləqdir. Premyer Liqa, I Liqa, II Liqa, Region Liqası, Gənclər Liqası - bütün bu çempionatlar üzrə sistemli şəkildə iş aparılmalıdır. Yeni dövlət proqramı futbolun inkişafına zəmin yaradacaq.
- Son zamanlar əsas müzakirə mövzularından biri də milli komandamızın baş məşqçisi ilə bağlıdır. Siz necə düşünürsünüz: milli komandamız üçün yerli məşqçi daha çox faydalı olar, yoxa əcnəbi?
- Son zamanlar əvvəlki illərlə müqayisədə ölkə xaricində çıxış edən futbolçularımızın saytı artıb. Lakin yenə də millinin əsasını məhz ölkə daxilində forma geyən futbolçular təşkil edir. Məhz bu baxımdan hesab edirəm ki, yerli məşqçi seçimi daha doğru olardı.
- Konkret namizədiniz var?
- Ad çəkmək düzgün çıxmaz. Yalnız onu deyə bilərəm ki, bu gün milliyə rəhbərlik edə biləcək kifayət qədər məşqçimiz var.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























