30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

Sxadadze: “Qəbələ” kimi klub Premyer Liqanı tərk etməməlidir”

“Qəbələ” Azərbaycanın ən böyük klublarından biridir. Fariz Nəcəfova böyük hörmətim var. Onun rəhbərliyi ilə “Qəbələ” böyük uğurlara imza atıb. Eləcə də Səbuhi Səfiyarlının adını çəkə bilərəm. “Qəbələ”nin təklifini qəbul etməkdə onların böyük rolu oldu”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Sxadadze deyib.

Dünən bölgə təmsilçisi ilə 1,5 illik müqavilə imzalayan gürcü mütəxəssis komandanı Premyer Liqada saxlayacağına inanır:

“Biz yalnız ən yaxşısına köklənmişik. Bəli, hazırkı məqamda “Qəbələ”nin vəziyyəti çətindir. Arada 8 xallıq fərq var. Lakin “Qəbələ” kimi infrastrukturu olan klub Premyer Liqanı tərk etməməlidir. Məqsədimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31